Balakəndə “Elm günü” nə həsr olunmuş konfrans
Mart 29, 2019 | 12:47

29 mart 2019-cu il tarixdə Balakən rayonunda Balakən rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi ilə birgə “Elm Günü"nə həsr olunmuş “Elmsiz, ey dünya, nədir dəyərin?” mövzusunda elmi-praktik Konfrans keçirilmişdir. Konfrans iştirakçıları Milli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən qəbul olunmuşdur. 
Konfransda Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, “İctimai-siyasi və hümanitar məsələlər” şöbəsinin müdiri Nəzakət Rüstəmova açılış nitqi söyləmişdir. ŞREM-in direktoru, f.r.ü PhD, dos. Yusif Şükürlü “Giriş sözü”ndə “Elm Günü”nün keçirilməsinin dəyər və məziyyətinə aydınlıq gətirmişdir. 
Konfransda doqquz mövzuda məruzələr təqdim olunmuşdur. Ped.e.d,. professor Firədun Ibrahimov “Elm və onun inkişaf tendensiyasi”, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Rahim Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti”, ŞREM-in “Folklorşünaslıq və El sənətləri” şöbəsinin aparıcı elmi elmi işçisi, filol.ü.f.d.,Kamil Adışirinov “Balakən-Şəki ədəbi əlaqələri (Surağat Qurbani yaradıcılığı əsasında)”, AYB Şəki bölməsinin rəhbəri Vaqif Aslan “Azərbaycan ədəbiyyatnda sufi triadası (Şeyx Əhməd Yasəvi, Yunis İmrə, Nəsimi)”, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d. Vüsal Baxışov “Azərbaycan Xalq Cümhuriyyəti Məclisi – Məbusanında Zaqatala dövrəsini təmsil edən şəxslərin fəaliyyətinə dair”, ŞREM-in “Bitkilərin genofondu və biomüxtəliflik” şöbəsinin rəhbəri, AMEA Genetik Ehtiyatlar İnstitunun dissertantı Coşqun Məmmədov"Elmin populyarlaşdırılması və kütləviləşdirilməsi müasir dövrün tələbidir”, ŞREM-in “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi, akad. H.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı Aygün İsmayılova "Cəmiyyət və təhsilli qadın”, ŞREM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biol.ü.f.d., dos. Qüdürət Bəkirov “Yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin məhsuldarlığın yüksəldilməsində rolu”, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, t.ü.f.d. Akif Məmmədli “Şimal-qərbi Azərbaycanın XIX-XX əsrlər tarixinin tarixşünaslığı” adlı məruzələri konfrans iştirakçılarına təqdim etmişlər. Məruzələr maraqla qarşılanmış və onların ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.
Konfransda ŞREM-in direktoru, f.r.ü PhD, dosent Yusif Şükürlü yekun vurmuşdur. ŞREM-in adından Balakən Rayon İcra Hakimiyyətinə kitablar və hədiyyələr, konfransın təşkilində yaxından iştirakına və milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərinə görə t.ü.f.d. Akif Məmmədli və tambur ifaçısı Əfqan Rəhmanova Fəxri fərman təqdim olunmuşdur. 
Balakən RİHB-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova konfransın işində fəal iştirak etmiş şəxslərə minnətdarlığını bildirmişdir.