ŞREM-də Novruz bayramı
Mart 19, 2019 | 04:00

19 mart 2019-cu il tarixdə AMEA ŞREM-də “Novruz bayramı” ilə bağlı tədbir keçirilmişdir. Tədbiri “Giriş sözü” ilə ŞREM-in Elmi işlər üzrə direktor müavini, b.ü.PhD Fərhad Əzizov açmışdır. Tədbirdə “Novruz – Azərbaycan xalqının milli bayramıdır” mövzusunda professor Firədun İbrahimov məruzə etmişdir. ŞREM-in həmkarlar təşkilatının sədri Coşqun Məmmədov, Ekoloji Coğrafiya şöbəsinin müdiri, YAP ilk təşkilatının sədri Yusif Rəhimov, Biofizika şöbəsinin müdiri Yevgeniya Bəkirova, “Landşaftşünaslıq” şöbəsinin müdiri g.m.ü PhD Hüseyn Mustafabəyli, “Tut ipək qurdunun seleksiyası” şöbəsinin müdiri, b.ü.PhD,dosent Qüdürət Bəkirov, “Bitkilərin biokimyası” şöbəsinin müdiri, b.ü.PhD Zərbalı Xəlilov, “Folklorşünaslıq və El sənətləri” şöbəsinin müdiri Pakizə Zakirova və başqaları, “Novruz bayramı”nın mahiyyəti və özəllikləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Tədbir iştirakçıları “Şirin süfrə” ətrafında “Novruz bayramı” tədbirinə davam vermişlər.