AMEA ŞREM-in Elmi Şurasının yığıncağı
Mart 15, 2019 | 06:00

15 mart 2019-cu il tarixdə AMEA ŞREM-in Elmi Şurasının yığıncağı keçirilmişdir. Elmi Şura yığıncağının müzakirəsinə beş məsələ verilmişdir. ŞREM-in elmi işlər üzrə direktor müavini b.ü.PhD Fərhad Əzizov “Elm Günü “nün qeyd olunması ilıə əlaqədar Balakəndə 29 mart 2019-cu ildə keçirilməsi nəzərdə tutulan elmi-praktiki konfransın təşkili ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir. Şura yığıncağında ŞREM-in direktoru f.r.ü PhD dosent Yusif Şükürlünün və elmi işçi Zərintac Şükürovanın Hindistanda Beynəlxalq İpəkçilik konfransında iştirakçıları ilə bağlı hesabatları dinlənilmişdi.

Yığıncaqda  ŞREM-in Elmi katibi r.ü PhD  Vuqar Abdurrahmanovun ŞREM-in elmi işçilərinin impakt faktorlu elmi jurnallarda məqalələrinin çap olunmasına dair məlumatı dinlənilmişdir. Nəsimi ilinin elan edilməsi ilə əlaqədar tədbirlərin təşkilinə dair məlumatla Folklorşünaslıq və El sənətləri şöbəsinin rəhbəri Pakizə Zakirova  yiğıncağa məruzə təqdim etmişdir.

Elmi Şura qarşısında dissertantlar Yusif Rəhimov və Aygün İsmayılova hesabat vermışlər.  

Gündəliyə çıxarılmış hər bir məsələ ətrafında qızğın və işgüzar müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Elmi şuranın Novruz bayramı ərəfəsində keçırilməsi ilə əlaqədar olaraq bir qrup əməkdaşa rəhbərlik tərəfindən fəxri fərman təltif edilmışdir.