
Mart 01, 2019 | 04:36
01 mart 2019-cu il tarixdə Qəbələ rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən “Azərbaycanın Şimal –qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminarı Qəbələ rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Əhmədov açmış və onun fəaliyyətinə uğur diləmişdir.
Seminarda AMEA ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD Fərhad Əziziov “Azərbaycanın şimal-qərb bölgəsində ipəkçiliyin inkişafı perspektivləri”, AMEA ŞREM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biologiya üzrə PhD, dosent Qüdrət Bəkirov “İpəkqurdunun yemlənməsində aqrotexniki qaydalar.İpəkqurdunun xəstəlikləri və onlara qarşı mubarizə tədbirləri”, AMEA ŞREM-in “Tut İpəqurdunun Seleksiyası” şöbəsinin elmi işçisi Aqil Mustafayev “İpəkçiliyin region və ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti”, AMEA ŞREM-in “Genefond və biomüxtəliflik” şöbəsinin rəhbəri Coşqun Məmmədov “Xaricdən gətirilmiş çəkil tinglərinin yetişdirilməsində aqrotexniki qaydalar “mövzularında məruzələr iştirakçılara təqdim olunmuş və hər bir mövzu ətrafında fikir mübadiləsı aparılmışdır.
Seminarda müvafiq təkliflər qeydə alınmışdır.