“Dilimiz – milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans
Fev 23, 2019 | 01:00

AMEA ŞREM-in Folklorşünaslıq və El sənətləri şöbəsinin əməkdaşı Pakizə Zakirova 23 fevral 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Dilimiz – milli sərvətimizdir” mövzusunda elmi-praktik konfransda iştirak edib. Əməkdaşımızın “Şəki dialektində işlənən rus mənşəli alınma sözlər” adlı məruzəsi nüfuzlu elm və təhsil ocaqlarını təmsil edən iştirakçıların marağına və mövzu ətrafında müzakirələrə səbəb olub.