AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir
Fev 26, 2019 | 05:00

25 fevral  2019-cu il tarixdə AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. Mərasim şəhidlərin ruhuna dua oxunması ilə başlamışdir. İlk olaraq ŞREM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü “Giriş sözü” söyləmişdir.Mərasimdə Xocalı faciəsinin dəhşətlərini əyaniləşdirən videoçarx nümayiş etdirilmişdir.

ŞREM-in baş elmi işçisi, professor Firədun İbrahimov “Xocalı soyqırımı - erməni faşizminin fəsadları mövzusunda, Tarixi – İrs və Etnoqrafiya şöbəsinin rəhbəri,Tarix İnstitutunun doktorantı  Rahim Həsənov “Erməni  sindromu beynəlxalq statusda” mövzusunda məruzələr etmişdir.

 ŞREM-in direktoru  Yusif Şükürlü Xocalı faciəsinin mahiyyətinin dünyaya bəyan olunması, şəhid ailələrinə olan dövlət qayğısı barədə arqumentləşdirilmiş fikirlərini tədbir iştirakçilarının diqqətinə  çatdırmaqla “Anım mərasimi” nə yekun vurmuşdur.