5 fevral 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasının növbəti iclası keçirilmişdir
Fev 05, 2019 | 10:37

5 fevral 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Yığıncağın müzakirəsinə 5 məsələ verilmişdir.

ŞREM-in direktoru, dosent Y.H.Şükürlü “AMEA Şəki Regional Elmi Mərkəzin 2018-ci il üzrə elmi və elmi –təşkilatı fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 25.01.2019-cu il arixli, 4/3 saylı qərarı” barədə məruzə etmişdir. Elmi işlər  üzrə direktor  müavini, biologiya üzrə fəlsəfə doktoru F.Əzizov  “ŞREM-in Elmi Şurasının 2019-cu il üçün iş planı”  layihəsini təqdim etmiş, şöbə rəhbərləri 2019-cu il üzrə rəhbərlik etdikləri strukturların iş planlarının məzmunun şərhini vermişlər.

Yığıncaqda  ŞREM-in direktoru, dosent  Y.H.Şükürlü  AMEA-nın strukturunın optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsində hər bir əməkdaşın  fəal olmasını vacib saymışdır. Elmi işlər üzrə direktor müavini F.Əzizov 27 mart “Elm günü” ilə bağlı  Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli  Sərəncamının icraçı üzrə görülməli olan işlərə diqqət yönəltmişdir.

Yığıncaqda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.