ŞREM-in əməkdaşları beynəlxalq konfransda
Dek 22, 2018 | 12:24

AMEA  Şəki Regional Elmi Mərkəzinin “Tarixi İrs və Etnoqrafiya”  şöbəsinin əməkdaşları  Rahim Həsənov, Elşən Abdurahmanov, Aygül Xəlilova, Ülkər Sərkərova, Nərgiz Əsədullayeva  21-22 dekabr 2018-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş “Dünya azərbaycanlıları : tarix və müasirlik”  adı altında III Beynəlxalq Konfransda iştirak etmişlər.  “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “XX əsrin birinci rübündə  Şəki qəzasında erməni təxribatları” , şöbənin elmi işçisi Elşən Abdurahmanov  “Qədim Albaniyanın Şəki vilayətinin ilk orta əsr xristian məbədləri”, Aygül Xəlilova, Ülkər Sərkərova, Habil Xəlilov Şəki “Xan qəbiristanlığı” Azərbaycan tarixinin öyrənilməsində tarixi-epiqrafik mənbə kimi, Nərgiz Əsədullayeva “Məzar daşları üzərində ornamental kompozisiyalar” mövzuları ətrafında  məruzələr etmişlər. Konfransın sonunda diplom və hədiyyələr təqdim edilmişdir.