Heydər Əliyevin anım mərasimi
Dek 12, 2018 | 10:24

AMEA-nın Şəki Regional Elmi Mərkəzində 12 dekabr 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Mərkəzin kollektivi öncə ulu öndərin büstü qarşısına gül dəstələri qoymuş, onun ruhuna dualar səsləndirmişlər.

Müəssisənin akt zalında anma mərasimi davam etdirilmişdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, Müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun möhkəmləndirilməsi istiqamətində yeritdiyi siyasət barədə ŞREM-in direktoru dosent Y.Şükürlü çıxış etmiş və videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən digər natiqlər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirmişlər. Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyindən məmnunluqlarını dilə gətirmişlər.