İyunun 14-də AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları Heydər Əliyev muzeyində Milli Qurtuluş gününə həsr olunan tədbir keçirib
İyn 14, 2018 | 02:25

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.

Tədbirdə ŞREM-in direktoru,dosent  f.ü.pHd Y.Şükürlü çıxış edərək,müstəqilliyin qazanılması tariximizdən,ulu öndərin Azərbaycan dövlətçiliyinin quruculuğundakı fəaliyyətindən,Heydər Əliyevin bütün sahələrdə uğurlu siyasətindən danışıb.

Daha sonra Tarixi irs və Etnoqrafiya şöbəsinin rəhbəri R.Həsənov çıxış edərək ulu öndərin Azərbaycanın müstəqilliyi uğrunda atdığı addımlardan,yenilməz  iradəsindən,uzaqgörənliyi və fədakarlığından danışdı.