AMEA ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Təranə Məmmədova 3-4 may 2018-ci il tarixlərində Bakı Slavyan Universiteti tərəfindən təşkil edilmiş IX Beynəlxalq Elmi Konfransında iştirak etmişdir
May 05, 2018 | 11:51

      AMEA ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Təranə Məmmədova 3-4 may 2018-ci il tarixlərində Bakı Slavyan Universiteti tərəfindən təşkil edilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı IX Beynəlxalq Elmi Konfransında iştirak etmişdir.

     Təranə Məmmədova “Azərbaycan Ədəbiyyatında Fantastik janrın problemləri” adlı məruzəsi ilə 3may  tarixində bölmə iclasında çıxış etmişdir.Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

    Məruzənin mətni konfransın materialları arasında çap olunmuş və çıxışın sonunda iştirakçıya təqdim olunmuşdur.