04 may 2018-ci iltarixdə AMEA ŞREM-in növbəti elmi şurası keçirildi
May 04, 2018 | 11:37

            İclasda gündəlikdə duran məsələlər üzrə müzakirələr aparıldı.

      Əvvəlcə elmi katib r.ü.PhD V.Abdurahmanov ŞREM-in Elmi Şurasında qismən dəyişiklik edilməsi barədə təkliflərini söylədi.

         Sonra Mərkəzin elmi işlər üzrə direkror müavini, b.ü.PhD F.Əzizov AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/2 saylı “AMEA Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli 1/1 nömrəli qərarının icrası barədə” qərarı səsləndirdi.

       O, respublikamızda mövcud elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, elmin inkişafı üçün vacib olan mühüm tədbirlər həyata keçirilməsi və bir çox başqa məsələlərin qərarda öz əksini tapdığını diqqətə çatdırdı.

       Daha sonra elmi katib r.ü.PhD V.Abdurahmanov AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/5 saylı “Azərbaycan Milli Elmər Akademiyasının Beynəlxalq elmi layihələrdə iştirakı haqqında”,AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/4 saylı “III Beynəlxalq Elm festivalının keçirilməsi haqqında” qərarlarının icra olunması haqqında danışdı.Gənc tədqiqatçılara qərarların icra olunması ilə bağlı təlimatlar verilərkən, onlar üçün yaradılan bu şəraitdən düzgün, məqsədəuyğun istifadə etmək tövsiyə olundu.