30 mart 2018-ci iltarixdə ŞREM-in Ümumi yığıncağı keçirildi.
Mart 30, 2018 | 01:04

İclasda AMEA ŞREM-in direktoru f.r.ü. PhD, dosent Y.Şükürlü 1918-ci il martın 31-də ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciədən, günahsız insanların qətlindən danışdı. Onun təklifi ilə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     ŞREM-in elmi işlər üzrə direktor müavini b.ü.PhD F.Əzizov ŞREM–in şöbələrinin əsasnamələrinin hazırlanması ilə bağlı çıxış etdi, bütün şöbələrin əsasnamələrinin təsdiq üçün AMEA Rəyasət Heyətinə göndərilməsi qərara alındı.

           Daha sonra ŞREM-in elmi katibi r.ü.PhD V.Abudrahmanov XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası Şəmsəddin Əbdulqəni Nuxavi Xalisaqarızadənin 200 illik yubileyi ilə əlaqədar Şəkidə keçirilməsi planlaşdırılan Elmi sessiyanın və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın təşkilat komitələrinin yaranması məsələsini müzakirəyə çıxartdı. Hər iki məsələ ilə bağlı qərar qəbul edildi.

        Həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutu və Zoologiya İnstitutu ilə Şəki Regional Elmi Mərkəz arasında 2018-2025-ci illər üzrə elmi-texniki əməkdaşlığa dair müqavilə bağlanması ilə bağlı məsələ də müzakirə olundu və qarşı tərəfə bununla bağlı təklifin göndərilməsi qərara alındı.