ŞREM-in Elmi Şurasının növbəti iclası keçirildi
Fev 09, 2018 | 05:13

          İclası giriş sözü ilə açan SREM-in direktoru f.ü.PhD Y.Şükürlü 2017-ci il üçün AMEA ŞREM-in elmi və elmi təşkilati fəaliyyəti haqqında AMEA Reyasət Heyətinin 24 yanvar 2018-ci il 3.4 saylı qərarı barədə məlumat verərərək bildirdi ki, bütün sahələr üzrə 2017-ci ildə icra edilmiş tədqiqatlar Rəyasət Heyəti tərəfindən yüksək qiymətləndirilmiş və bəyənilmişdir.

         ŞREM-in Elmi katibi r.ü. P.h.D  V.Abdurahmanov Elmi Şuranın yeni tərkibini açıqladı.17 nəfərdən ibarət yeni tərkib təsdiqləndi. Həmçinin AMEA Şəki Regional Elmi Mərkəzi üçün Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul üçün büdcə hesabına təsdiqlənmiş yerlərin siyahısı açıqlandı. 2018-ci il üçün ŞREM – in 9 əməkdaşı AMEA – nın 9 elmi tədqiqat institutlarında(hər birində bir yer olmaqla) təhsilini davam etdirəcək.

        ŞREM- in elmi işlər üzrə direktor müavini b.ü. PhD  F.Əzizov çıxış edərək ŞREM – in şöbə rəhbərlərinin və elmi işçilərinin 2018 – ci il üçün iş planlarına dair məruzə etdi. Hər bir şöbənin və elmi işçilərin 2018 – ci il üçün nəzərdə tutulmuş iş planları dinlənildi və təsdiq olundu.

            ŞREM – in Attestasiya Komissiyasının üzvü P. Zakirova AMEA ŞREM –in Elmi Şurasının 30 noyabr 2017 – ci il tarixli yığıncağında Elm haqqında AR qanununun 6.024 bəndində qeyd olunmuş “Elmi işçilərin, mütəxəsislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyanın təşkil edilməsi” müddəasının tələbinə əsaslanaraq  “əməkdaşların attestasiyasının keçirilməsi haqqında” qərarın icrası haqqında hesabat verdi. Attestasiyanın nəticələrinə əsasən işçilərin bütün əksəriyyətinin tutduğu vəzifəyə uyğun olduğu müəyyən olunmuşdur. Attestasiyaya cəlb olunan əməkdaşların bir neçəsinin əməyin ödənilmə dərəcəsinin və vəzifəsinin artırılması barədə təklif verilmişdir.