Noy 02, 2017 | 09:51
Görkəli amerikalı bioloq və genetik, Nobel mükafatı laureatı , 89 yaşlı Ceyms Uotson Sankt-Peterburq dövlət Universitetinin Fəxri elmlər doktoru mantosunu aldı.. Bu ada, o XX əsrin II yarısında molekulyar biologiyanın inkişafını müəyyənləşdirən elmi kəşflərinə görə layiq görülmüşdür. Təntənəli mərasimin axırında DNT ikiqat spiralını ilk kəşfedən alim tələbələrə öz elmi fəaliyyəti və həyatı barədə danişıb, akademik karyera qurmaq istəyənlərə məsləhətlər verdi.
Ceyms Uotson 15 yaşinda universitetə daxil olub, elmi fəaliyyətinin əvvəllərində ornitologiya ilə məşgul olub, sonralar onu qenetika sahəsi maraqlandırdı və 1962-ci ildə ( həmkarları Frensis Krİk və Moris Uilkinson ilə birgə) biologiya, tibb və başqa elmlər sahəsində yeni eranın başlanğici olan- ikiqat DNT spiralaninin strukturunun kəşfinə görə fiziologiya və tibb sahəsində Nobel mükafatı aldi. Bundan başqa, Ceyms Uotson uzun illər boyu onkoloqiya ilə məşğul olub, 25 il Kold-Sprinq- Xarbor laboratoriyasında xərçəng xəstəliyinin qenetikasının tədqiqi ilə məşğul olub. Alim həmçinin insan DNT-nin ardicıllığını acıqlayan “İnsan Qeni” lahiyəsini yaradıb, axırıncı illər isə psixiı xəstəliklərin qenlərinin araşdırılması ilə məşgul olur.
Sankt-Peterburq dövlət Universiteti ilə Ceyms Uotsonu keçmiş uzunmüddətli əlaqələr bağlayır. Dəfələrlə o həmin universitetin tələbələri qarşısında məruzələrlə çıxış edıb. Sankt-Peterburq dövlət Universitetindəki indiki, çıxışında o qeyd etdi, ki,” DNT ikiqat spiralının kəşfinin 65 ili bitir və mən bu gün səbirsizliklə müxtəlif elm sahələrində yeni nailiyyətlər, böyük çevrilişlər gözləyirəm. İstərdim uzun müddət yaşayım ki, bizim biokimya və DNT sahəsindəki işlərimizin müvəffəqiyyətlə başa çatmasını görəm. Ümidvaram ki, axırıncı beş il müddətində biz xərçənglə mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə edib, bu qorxunc xəstəliyə qalib gələk”.
Heç də hər bir alimə “Elmdə 75 qeyri-darıxdırıcı(sıxıntısız) il” keçirmək şansı verilmir”. Tədbir iştirakçıları qarşısında “Elmdə 75 qeyri-darıxdırıcı il” adlı məruzəsiylə cıxış edən, tədqiqatçı universitet tələbələri qarşısında gələcək planları barədə və özünün “Sıxıntıdan çəkinin. Elmdə yaşanan həyati dərslər” kitabında təsvir edilmiş həyati qaydaları barədə paylaşıb. ,
“ Vəhylə deyil, təcrübə ilə diktə olunan məsləhətlərə əməl edin. Mən, dinə inanmayaraq, əsaslanmayan bir mühitdə böyümüşəm. Xristianlığın əsas ideyalarını inkar etmirəm, özümüzü xristian kimi aparmışıq. Mən allaha inanmıram”. İkiüzlülük, ictimai qaydalara riayət etmək özünəhörməti sarsıdır. Heç vaxt yalan olanı deməyin, həmişə doğru olanı dəstəkləyin. Bu heç də asan olmur, xüsusiylə siyasətçilər və ya əvvəllər olduğu kimi din xadimlərinin təsdiqlədikləri müəyyən inanclar, əqidələr, etiqadlar diqtə edilirsə. Məsələn, Qalileyin fikirləri kilsə tərəfindən, ya da genetiklərin fikirləri Stalin tərəfindən təkzib edilərək, boğularaq, onun ardıcılı bib-birin ardınca yalanlar püskürən Lısenkonun fikirlərini təsdiqləyirdilər”
“Heç də təəccüblənməyin kı, cavan alimləri həyasız hesab edirlər. Bu onların təqsiri deyil. Qeorgi Qamov mənə deyəndəki, mən ona Landaunu xatırladıram, həmin vaxt bu mənim üçün həyatımda ən böyük kompliment idi. Əlbəttə, mən azca utanmaz,ədəbaz oldum, neyləyim, özümdə bu hissl boğa bilmədim”.
“İnsanlar barədə nə düşünürdümsə, onu da deyirdim, lakin Amerikada axmağa demək olmaz ki, sən axmaqsan. Halbuki, elmdə də çoxlu axmaqlar var”.
“ İdeyalar amillərdən vacibdir. Universitetdə əsasən mən nəyi öyrəndim,- amillərdən ideyalar fikirləşmək və çıxarmaq. Mendeleyev də həmin işlərlə məşğul idi- amillərdən sistem topladı. Öz həyatımı ideyala sərf etmək-məhz bu mənim üçün ən vacibi sayılırdı”.
“Cavanlıqda biliklər bazası kifayət qədər olmadığından, ideyalar nadir halda yaranır. Buna görə başqalarının ideyalarıyla taniş olmaq mütləq vacibdir.. Universitetdə ən vacib hadisələrdən biri- Ervin Şredinqerin “ Həyat nədir?”kitabına rast gəlməyimdir. Həmin kitabda deyilir ki, informasiyanın ötürülməsi həyatın vacib elementlərindən biridir. Kitabı oxuduqdan sonra mən qərara gəldim ki,genetika sahəsi, mənim məşğul olduğum quşların miqrasiyasınin öyrənilməsindən, daha vacıbdir.”
“Özünüzə cavan elmi rəhbər seçin, çox güman ki, hər halda o, artıq öyrənilmiş mövzuyla deyil yeni mövzuyla məşgul olacaqdır. Beləliklə, siz yeni mövzuyla əvvəlindən məşgul olacaqsınız. Nəyisə gec əldə etməkdən, qazanmaqdansa, işin əvvəlində, kökündə durmaq daha yaxşıdır.*
“Heç vaxt əhəmiyyətsiz mövzularla məşğul olmayın.Həmişə əhəmiyyətli, mühüm mövzuları seçin, gümüş yox qızıl uğrunda mübarizə aparın. İrəliyə baxaraq, fikirləşək başa düşdüm ki, qızıl – genetika və DNT olacaqdır. Qərara aldım ki, dissertasiyanı müdafiə etdikdən sonra DNT-lə məşğul olum.”
“Səviyyəlı, tanınmış universitetə daxil olmaq daha yaxşıdır. Burada ağıllı insanlara rast gəlmək olur. Hər hansı başqa bir adı universitetə düşərsinizsə, adi insanlarla rastlaşacaqsınız.*
“Öz ideyalarını başqa insanlarla paylaşmaq əhəmiyyətlidir. Rozalind Franklin bizim yarışı qazanmalıydi, DNT-nin strukturunu kəşf etməliydi, təəsüf ki, o heç kəslə ünsiyyət qurmurdu. DNT-nin spiralşəkilli olmaması onun ideyasıydı, o elə fikirləşirdiki o, hər şeyi bilir. Öz dövrünün dahi kimyaçısı Laynus Polinq kimyada dəhşətli, qorxunc bir səhvə yol verdi. O, mövcud ola bilməyən DNT strukturunu təqdim etmişdir. Problem ondadır ki, Polinq kimyanı bilməyən həyat yoldaşından başqa heç kəslə ünsiyyət etmirdi. Lakin biz bir- birimizlə- ən vacibi də-başqa insanlarla da ünsiyyət edirdik.