18.10.2017-ci il tarixdə AMEA ŞREM-də 18 oktyabr Aəzrbaycan Respublikasının müsətəqillik günü ilə bağlı tədbir keçirilmişdir
Okt 18, 2017 | 04:06

Tədbiri giriş sözü ilə açan ŞREM-in direktoru, fizika üzrə PhD, dosent Y.H.Şükürlü qeyd etdiki, XX əsrin sonlarında SSRİ-nin  dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə dövlət müstəqilliyini bərpa etmişdir. 18 oktyabr tariximizdə ən önəmli gündür. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib, bu müstəqilliyi qoruyub saxlamaq hər birimizin mənəvi bocudur. Sonra o, çıxışında müstəqilliyin əldə olunmasında ümummilli lider H.Əliyevin müstəsna xidmətlərindən, daha sonraki illərdə isə prezident İlham Əliyevin müstəqilliyin qorunub saxlanmasındakı xidmətlərindən və yorulmaz fəaliyyətindən danışdı.

      “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m.üzrə PhD, Hüseyn Mustafabəyli müstəqilliyə gedən yolun çətin çeşməçeşli olduğunu, çoxlu sayda qurbanlar verildiyini, lakin bununla belə xalqın mübarizə əzminin sönmədiyini və azadlıq hərəkatının müstəqillik əldə edilməsində önəmli rola malik olduğunu qeyd etdi. Müstəqillik dövründə Azərbaycanda elmin, təhsilin və ümumazərbaycan mədəniyyətinin əldə etdiyi uğurlardan söhbət açdı.

      “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov çıxışında Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə haqqında geniş məlumat verdi. Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən siyasi xadimlər, xüsusilə də Heydər Əliyevin fəaliyyəti, müstəqilliyə doğru addımları, xalqımızın çəkdiyi izdirablar barəsində çıxış etdi.