AMEA ŞREM əməkdaşlarının beynəlxalq konfransda növbəti iştirakı
Okt 15, 2017 | 08:35

9-11 Oktyabr 2017-ci il tarixində Türkiyənin Qars şəhərində“Qafqazda Xalq Mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib. Konfrans, bu il 25 illiyini qeyd edən Qars Kafqaz Universitetinin rəhbərliyinin dəstəyi ilə universitetin professoru azərbaycanlı alim Rafiq İmraninin başçılığı altında fəaliyyət göstərən “Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi” tərəfindən həyata keçirilib. Konfransda müxtəlif ölkələrdən 150-yə yaxın alim iştirak edib.Onlar iyirmi seksiyada Qafqazda xalq mədəniyyəti, dil və ədəbiyyat, folklor, musiqi, adət və ənənələrlə bağlı hazırladıqları məruzələrlə çıxış edib.

Konfransın ikinci günü Ankara Dövlət Türk Xalq Musiqi Xoru və Ansambılı, İranın cənubi azərbaycanlılarından ibarət olan məşhur “Dalğa” qrupu, Gürcüstanın “Axısxa” rəqs qrupu kosert proqramı ilə çıxış edib, əsl bayram-əhval ruhiyyəsi yaradıblar.

Konfransda AMEA ŞREM-in “Tarixi-İrs və Etnoqrafiya” şöbəsinin əməkdaşları Rahim Həsənov (şöbə müdiri), Ramil Teymurov və Nərgiz Əsədullayeva “Kuzeybatı Azerbaycanda XVIII-XX yüzyıllarda sanat (mezar taşları)”, Elşən Abdurahmanov (elmi işçi) “Azerbaycan halk  kültüründe taşla bağlı inanclar” mövzusunda çıxışlar etmişlər. İştirakçılar sertifikat və hədiyyələrlə təltif edilmişlər.