AMEA ŞREM-in növbəti Elmi Şuranın iclası keçirilmişdir
Sen 27, 2017 | 11:32

22 sentyabr 2017-ci il tarixdə AMEA ŞREM-in növbəti Elmi Şuranın iclası keçirilmişdir. İclasda ŞREM-in Elmi katibi r.ü.PhD V.Abdurahmanov ŞREM-in 2017-ci il üçün yarımillik hesabatını təqdim etdi.

ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD F.Əzizov AMEA-nın yeni hazırlanan bukletinə materialların hazırlanıb Elm və Təhsil idarəsinə təqdim edilməsinə dair məruzəsi dinlənildi.

ŞREM-in”Landşafşünaslıq”şöbəsinin rəhbəri g.m.ü.PhD H.Mustafabəylinin “Geokimya terminlərinin izahlı lüğəti” kitabının çap verilməsinə dair qərar qəbul edildi.

ŞREM-in “Tarixi irs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov “Şəki Yuxarı  Baş dövlət Tarixi Memarlıq Qoruğu”nun direktoru Təranə Abdullayeva tərəfindən hazırlanmış Qoruq ərazisində yerləşən tarixi mədəniyyət abidələri, sənətkarlığı, məhəllələri və təbiəti haqda toplanmış materiallara dair məlumat verdi və yekun rəyi təqdim etdi.

ŞREM-in Attestasiya Komissiyasının məlumatı dinlənildi.

Həmçinin ŞREM “Bitkilərin Genofondu və Biomüxtəlifliyi” şöbəsinin rəhbəri vəzifəsinə elmi işçi Coşqun Məmmədovun seçilməsi, ŞREM Ekoloji Coğrafiya şöbəsinə aparıcı elmi işçi yerinə kiçik elmi işçi Aygün İsmayılovanın seçilməsi barədə qərar qəbul edildi.