V Beynəlxalq Mürəbbə Festivalı
Avg 01, 2017 | 11:13

2017-ci il avqust ayının 26-da Qəbələ şəhərində Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosasiyası, WACS təşkilatçılığı ilə V Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Həmin festivalda milli mətbəximizin ayrılmaz tərkib hissəsi olan mürəbbə çeşidlərinin və müalicəvi əhəmiyyəti olan dərman bitkilərindən hazırlanan nümunələrin nümayişi təşkil edilmişdir.

      Şəki Regional Elmi Mərkəzi uzun illərdən bəri müvafiq sahələr üzrə tədqiqatlar apardığı, elmi qurumlar və xalq tərəfindən müsbət qiymətləndirilən praktik nəticələr əldə etdiyi nəzərə alınaraq, bu festivala dəvət olunmuş və 8 növdə qeyri-adi mürəbbələrlə təmsil olunmuşdur. Festivalda fəal iştirakına görə ŞREM Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomlarla təltif edilmişdir.