Şəki Regional Elmi Mərkəzində Elmi Şuranın növbəti iclası keçirildi
May 04, 2017 | 03:31

Mayın 3-də Şəki Regional Elmi Mərkəzində elmi şuranın iclası keçirildi. İclası açıq elan edən mərkəzin direktoru   f.ü.PhD.dos. Yusif Şükürlü şura üzvlərinə bildirdi ki,  AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdür. Seçkilərin nəticəsində həqiqi üzvlüyə 16, müxbir üzvlüyə 25 nəfər seçilmişdir. Elmi şura sədri seçilən üzvlərin adlarını və vəzifələrini şura üzlərinə təqdim etdi. Nəticələrlə tanış olan şura üzvləri həqiqi və müxbir üzvləri təbrik etdi, onlara yeni- yeni elmi nailiyyətlər arzuladı. 

3 may 2017-ci il  tarixli elmi şuranın gündəliyində toxunulan digər bir məsələ isə BASCA-nın 8-ci "İqlim dəyişiklikləri və kimyəvi reagentlər –  ipəkçilikdə yeni axtarışlar" mövzusunda beynəlxalq konfransı  barədə məlumat oldu. Konfransa hazırlığın yüksək səviyyədə təşkilindən, qonaqların qarşılanmasından, eləcə də konfrans işinin ümümi gedişatı barədə məlumat verən elmi mərkəzin direktoru Yusif Şükürlü bütün kollektivə işin səmərəli təşkilində göstərdiyi köməkliyə görə öz dərin minnətdarlığını bildirdi.

AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə  bağlı tədbirlərin görülməsi haqqında elmi işlər üzrə direktor müavini b.ü. PhD F.Əzizov məlumat verdi.

 ŞREM-in “Bitkilərin Genofondu və Biomüxtəlifliyi” şöbəsinin rəhbərinin  təyin olunması məsələsi elmi şuranın qərarına əsasən həmin şöbənin elmi işçi vəzifəsində çalışan Coşqun Məmmədova həvalə edildi. 

ŞREM-in şöbələrinin tədqiqat istiqamətlərinin müəyyən  olunması məsələsinə də aydınlıq gətirildi.