"İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Mart 27, 2017 | 10:27

 

2-7 aprel tarixlərində Şəkidə Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı keçiriləcək.

AMEA və onun Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konfrans "İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar" mövzusuna həsr olunub.

Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan nümayəndələr iştirak edəcək.

Qeyd edək ki, assosiasiya 2005-ci ildə Özbəkistanda yaradılıb və 21 üzvü var. Təşkilatın Azərbaycan üzrə koordinatoru AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüdür.