ŞREM-də Beynəlxalq Qadınlar Günü
Mart 07, 2017 | 09:44

Şəki Regional Elmi Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətiylə tədbir keçirildi. Tədbirə ŞREM-in bütün qadın əməkdaşları dəvət edildi. Elmi işlər üzrə direktor müavini Fərhad Əzizov bütün xanımları mərkəz adından təbrik etdi, onlara elmi və şəxsi həyatlarında uğurlar, yeni-yeni nailiyyətlər arzuladı. Təbriklərə Tut İpəkqurdunun seleksiyası şöbə rəhbəri Qüdrət Bəkirov, ümümi işlər üzrə direktor müavini Rəhim  Abdurrahmanov da qoşuldu, mərkəzin bütün xanımlarına uzun ömür, can sağlığı, ailə xoşbətliyi arzulandı.

Sonra mərkəzin Həmkarlar Təşkilatının aldığı hədiyyələr xanım əməkdaşlara təqdim olundu.