Salmanova Ayşən Kamil qızı 25.12.1992-ci il tarixində Şəki şəhərində anadan olmuş, orta məktəb təhsilini 1999-2010-cu illərdə Şəki şəhəri 11 saylı tam orta məktəbdə almışdır.2010-2015-ci illərdə Qafqaz universitetində bakalavr və 2015-2017-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magisitr təhsilini fərqlənmə diplomları ilə başa vurmuşdur.2017-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsində böyük laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində, 2025-2026-ci il ərzində “Bitkilərin biokimyası” tədqiqat şöbəsində şöbə müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildən etibarən “DMSO ilə zənginləşdirilmiş diet qəbul edən heyvanların radioproteksiya mexanizmlərinin öyrənilməsi” mövzusu ilə AR ETN-in Fizika İnstitunun 2226.01 şifri ilə Radioekologiya ixtisasında dissertant olmuşdur. Ayşən Salmanova 1-I WOS 3-ü SCOPUS indeksli olmaqla 6 yerli 14 xarici elmi nəşrin müəllifidir.

Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi

Şəki şəhəri L.Abdullayev küçəsi 24

 Tel: +994-55-756-58-59, +994-50-798-79-90

e-mail: Salmanovaayshan5@gmail.com, a.salmanova@shrem.science.az