Tel.  (+99451) 620 – 00 - 01
Faks  

Elektron poçtu

irada.yusifova@list.ru

Struktur bölmənin rəhbəri

Yusifova İradə Əlibala qızı

İşçilərin ümumi sayı  9
Əsas fəaliyyət istiqamətləri 

Mədəni, iqtisadi, arxeoloji və elmi irsin qorunması və tədqiqi, aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası. Regionun qədim ənənələrə söykənən lirik və epik düşüncə tərzinin məhsulu olan folklor örnəklərinin, atalar sözlərinin, bayatıların, lətifələrin, nağıl və dastanların, həmçinin uşaq və xalq oyun və tamaşaların toplanılaraq milli və nəzəri xüsusiyyətlər baxımından tədqiq edilməsi, yenidən çap olunması.

Azərbaycanın ənənəvi sənətkarlıq irsindəki rolunu və əhəmiyyətini, əhalisinin etnik tərkibini nəzərə alaraq, regionda bu gün qismən yaradılan və unudulmaqda olan tətbiqi sənət sahələrini öyrənmək və dirçəldilməsi, təbliği istiqamətində tədqiqat işlərinin genişləndirilməsi. Həmçinin;

  1. Şifahi xalq ədəbiyyatı örnəklərinin toplanması, sistemləş dirilməsi və arxivinin yaradılması;
  2. Folklor nümunələrinin elmi şəkildə araşdırılması və nəşrə hazırlanması;
Əsas elmi nəticələri

Azərbaycanın şimal-qərb bölgəsinin folklorunun tədqiqi sayəsində ata sözlərinə, paramiologiyalara, zarafat və lətifələrə aid tədqiqatlar aparılmış, laylaların bə bayatıların janr və üslub xüsusiyyətləri və tipologiyası üzrə elmi təhlil aparılmış, nəticələr “Region folklorunun antologiyası” kitabında nəşr edilmişdir. Toplanmış folklor materiallarının təhlili əsasında Şimal-qərb regionunun bütün ərazisində aşıq sənəti ənənəsinin tarixi mövcudluğu təsdiq edilmiş, Balakən-Şəki bölgəsinin epik xarakterli folklor örnəkləri toplusu nəşrə hazırlanmışdır.

Şöbədə qısa zaman çərçivəsində mühüm tədqiqatlar yerinə yetirilmiş və bir sıra kitablar işıq üzü görmüşdür. Kitablar regional araşdırma xarakteri daşısa da, onlar , daha geniş niyyətli tədqiqatlar üçün mənbə rolunu oynaya bilər.
Bunlara misal olaraq “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”; “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər” (Qoruq zonası,I kitab), “Rəşid bəy Əfəndizadə və folklor”, Rəşid bəy Əfəndizadənin “Müxtəsər şəriət” kitabı, “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər”(II kitab), “Qədim türk-Oğuz yurdu Oxut”, “Şəki yaşayış evlərinin interyeri” (XVIII əsrin sonu- XX əsrin əvvəlləri), “Dahilərin ömür yolu” (rus dilindən tərcümə) və s. qeyd etmək olar
Şöbə əməkdaşları tərəfindən bölgədə yaşayan bir sıra çoxsaylı xalqların folkloru,həmçinin onların adət-ənənələri, ekspedisiyalar zamanı toplanmış və nəşr edilmişdir. Hazırda həmin istiqamət üzrə işlər davam etdirilir. 
Şöbədə respublikada ilk dəfə araşdırılan “Şəkidə məhəllə adları, soylar və ləqəblər” silsiləsindən olan kitabları xüsusi qeyd etmək lazımdır.