Tel.  (+994) 556697656
Faks  
Elektron poçtu  bakirova54@list.ru
Struktur bölmənin rəhbəri əvəzi

 

Bəkirova Yevgeniya Məmmədemin qızı
İşçilərin ümumi sayı  6
Əsas fəaliyyət istiqamətləri 

İnnovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi. Regionda yayılmış mədəni və yabanı bitkilərin müxtəlif orqanlarından boyaq maddələrinin daha səmərəli üsullarla alınması, onların qida məhsullarının, spirtsiz işçilərin və zülal mənşəli liflərin rənglənməsində tətbiqi perspektivlərinin araşdırılması.

Təbii ipəkdən smart materialların -molekulyar strukturuna  lazer rənglərinin daxil olduğu fibroinin alınması, onun fiziki-mexaniki xassələrinin öyrənilməsi və sənayedə tətbiqi prinsiplərinin araşdırılması.
Əsas elmi nəticələri

Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında (01.05.2019) qəbul edilmiş “Əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi” qərarına müvafiq olaraq tədqiqatlar davam etdirilmiş, fındıq qabığından alınmış bioekstraktın kimyəvi tərkibi tədqiq olunmuş və həmin bioekstrakta Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekpertizası Mərkəzi tərəfindən patent verilməsinə dair qərar qəbul edilmişdir. Həmçinin, BMT-nin ərzaq komissiyası tərəfindən XXI əsrin mühüm kənd təsərrüfatı bitkisi kimi qəbul edilən amarant bitkisinin müxtəlif üzvlərinin kimyəvi və biokimyəvi xüsusiyyətləri tədqiq olunmuş yeyinti boyalarının və müalicə vasitələrinin alınması istiqamətində tədqiqatlar aparılmışdır. Hal-hazırda AMEA Şəki REM-in 6 növ üzrə 190kq toxum ehtiyatı vardır.

Tədqiqat ilində amarant bitkisindən invaziv texnologiyalarda istifadəsi istiqamətində araşdırmalar aparılmış, ilk dəfə olaraq amarantdan alınmış antosian boyağı ilə modifikasiya edilmiş fibroində sərbəst radikalların qatılığının boyanma müddətindən asılı olduğu təsdiqlənmiş və məlum olmuşdur ki, 20 dəqiqə müddətində boyanmış fibroində sərbəst radikalların qiyməti maksimum həddə olur.

Tiokarbamidlə emal olunmuş və amarant antosianı ilə modifikasiya olunmuş fibroinlə aparılan müqayisəli təhlil göstərmişdir ki, tiakarbamidlə emal sərbəst radikalların qatılığını azaldır, adi boyanmış fibroində isə bu göstərici üstünlük təşkil edir.

60 MMPPPH-in metanollu məhlulunun iştirakı ilə elektron spektroskopik analiz nəticəsində müəyyən edilmişdir ki, amarant antosianlarının antioksidantlıq qabiliyəti 62 ±2 % həddindədir.

Antosianla modifikasiya edilmiş KAl(SO4)2 məhlulunda fiksə edilmiş fibroinin LiBr-da məhlulunun antioksidantlığının DPPH-lə kinetikası öyrənilmiş və ondan radioprotektor xüsusiyyətlərinə malik preparatların alınmasında istifadəsinin mümkünlüyü təsdiqlənmişdir.