Tel. | (050) 287 28 31 | |
Faks | ||
Elektron poçtu | xalilov.z@mail.ru
| |
Struktur bölmənin rəhbəri | Zərbalı Murad oğlu Xəlilov biologiya üzrə fəlsəfə doktoru, dosent | |
İşçilərin ümumi sayı | 5 | |
Əsas fəaliyyət istiqamətləri | İnnovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi. Azərbaycanın Şimal-qərb bölgəsində yayılmış yabanı meyvə və giləmeyvə, elecə də dərman bitkilərinin morfoloji, kimyəvi və biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə yanaşı ipəkçilikdə və kənd təsərrüfatının digər sahələrində biostimulyatorların tətbiqi vasitəsi ilə məhsuldarlığın artırılmasına nail olmanın yollarını araşdırılması. Bitki mənşəli bioloji aktiv maddələrlə zəngin olan bir sıra dərman preparatlarının və yeyinti məhsullarının istehsalı üçün tövsiyyələrin hazırlanması | |
Əsas elmi nəticələri | Bölgənin dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı meyvə və giləmeyvə, həmçinin introduksiya edilmiş dərman bitkilərinin ayrı-ayrı orqanlarında bioloji aktiv maddələrin toplanma dinamikası öyrənilmişdir. Bununla yanaşı, Şəki-Zaqatala bölgəsinin dağlıq və dağətəyi ərazilərində yayılmış meşə çiyələyi və moruğu, ilankölgəsi, yergilası, quşarmudu, qara gəndəlaş və şingilə dərman bitkilərinin vegetativ orqanlarında toplanmış bioloji aktiv maddələr, mineral elementlər və radionuklidlərin miqdarı öyrənilmişdir. Bioloji aktiv maddələrlə zəngin olan bir sıra preparatlar və yeyinti məhsulları hazırlanmışdır. Şəki rayonu ərazisində yetişən İtburnu (Rosa canina) və Qara Gəndalaş (Sambucus niqra) dərman bitkilərinin kimyəvi və biokimyəvi tərkibi tədqiq edilmiş, bioloji fəal maddələri təyin olunmuşdur. Müəyyən edilmişdir ki, itburnu yağının tərkibində 27 mineral maddə vardır ki, bunların arasında K, Na, Mg, Ca, Al elementləri üstünlük təşkil edirlər. Həmçinin müxtəlif üsullarla alınmış itburnu yağının biloji fəal maddələri təyin olunmuş, müqayisəli təhlil aparılmışdır. Qara gəndalaş bitkisinin tərkibində 17 mineral element təyin edilmişdir ki, onların arasında K, Na, Mg, Ca və Al elementləri üstünlük təşkil edirlər. Həmçinin Qara Gəndalaş bitisinin yarpağı və meyvəsinin tərkibində bioloji fəal maddələr – karotin, askorbin turşusu, pektin, şəkərlər, aşı maddələri, B, P, E vitaminləri, flavonoidlər, katexinlər, leykoantosianlar təyin edilmişdir. |