Mustafayev Aqil Gülməmməd oğlu
| Anadan olduğu yer:
Təvəllüdü:
Bitirdiyi ali təhsil müəssisəsi:
Vəzifəsi:
Şöbənin fəaliyyət istiqamətləri:
Şöbəsinin işçilərinin sayı: Əsas iş yeri və ünvanı: Elektron poçtu: Mobil telefonu:
| Şəki şəhər, Kiş kəndi
15.07.1975
Naxçıvan Dövlət Universiteti
AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının sədri
Həmkarlar Təşkilatının nizamnaməsi 17 noyabr 2017-ci ildə AMEA Azad Həmkarlar İttifaqının VII Qurultayında qəbul edilmişdir və 12 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmkarlar Təşkilatının əsas vəzifəsi əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək, əməyin mühafizəsi, fərdi və kollektiv əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik etmək, əmək və əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə nəzarət etmək, xeyriyyəçilik fəaliyyətinin təşkil olunmasında, pensiya təminatı məsələlərinin həllində iştirak etmək, istirahət, sanatoriya və kurortlarda müalicə məsələlərində köməklik göstərmək, mədəni-kütləvi tədbirləri təşkil etmək, gənc mütəxəssislərin təhsili və təlimi üçün onlara imkan yaratmaqdan ibarətdir. AMEA-nın Şəki REM-nin Həmkarlar Təşkilatının öhdəlikləri: AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının 2022-ci il üçün görülmüş işlərin Hesabatı. - 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Həmkarlar Təşkilatının hesabından 40 nəfər qadın əməkdaşa hədiyyələr alınmışdır. Bayram tədbirində hər bir qadın əməkdaşa alınan hədiyyələr təqdim olunaraq təbrik edilmişdir. - Novruz Bayramı münasibəti ilə AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına Həmkarlar Təşkilatının hesabından şirniyyat süfrəsi təşkil olunmuş, təbriklər söylənilmişdir. - Aprel-may aylarında AMEA Şəki Regional Elmi Mərkəzinin 14 nəfər əməkdaşları maddi yardım ərizələri ilə HT-a müraciət etmişlər. Bunun üçün Həmkarlar Təşkilatının hesabından 750 manat pul ayrılmış və maddi yardım edilmişdir. - İyun ayında AMEA Şəki Regional Elmi Mərkəzində barama tədarükü zamanı fəal iştirak edən əməkdaşlara Həmkarlar Təşkilatının hesabından xərclənərək günorta yeməyi alınmışdır. - 7 avqustda AMEA Şəki Regional Elmi Mərkəzinin 44 nəfər əməkdaşlarına Xal-Xal, Nohur gölü, 7 gözəl şəlaləsi, Qəbələ, İsmayıllı ərazilərində bir günlük yay istirahəti və gəzintisi Həmkarlar Təşkilatının hesabından xərclənərək təşkil olunmuşdur. - Oktyabr-noyabr aylarında AMEA Şəki Regional Elmi Mərkəzinin 9 nəfər əməkdaşları maddi yardım ərizələri ilə HT-na müraciət etmişlər. Təqdim olunan ərizələri əsas tutaraq Həmkarlar Təşkilatının hesabından maddi yardımların ödənilməsi üçün 450 manat pul ayrılmışdır. - Azərbaycanlıların Həmrəylik günü və Yeni il Bayramı münasıbəti ilə Həmkarlar Təşkilatının tərəfindən AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına bayram süfrəsi təşkil olunmuşdur. AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının 2023-cü il üçün görülmüş işlərin Hesabatı - 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Həmkarlar Təşkilatının hesabından 40 nəfər qadın əməkdaşa hədiyyələr alınmışdır. Bayram tədbirində hər bir qadın əməkdaşa alınan hədiyyələr təqdim olunaraq təbrik edilmişdir. - Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə bağlı AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının fondundan 500 (beş yüz) manat “Ziraat Bank” Azərbaycan ASC AFAD-in rəsmi hesabına ianə və yardım edilmişdir. - Novruz Bayramı münasibəti ilə AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına Həmkarlar Təşkilatının tərəfindən şirniyyat süfrəsi təşkil olunmuş, təbriklər söylənilmişdir. - Aprel-may aylarında AMEA Şəki Regional Elmi Mərkəzinin 16 nəfər əməkdaşları maddi yardım ərizələri ilə HT-a müraciət etmişlər. Bunun üçün Həmkarlar Təşkilatının hesabından 800 manat pul ayrılmış və maddi yardım edilmişdir. - İyun ayında AMEA Şəki Regional Elmi Mərkəzində barama tədarükü zamanı fəal iştirak edən əməkdaşlara Həmkarlar Təşkilatının hesabından xərclənərək günorta yeməyi alınmışdır. - 30 iyul tarixində AMEA Şəki Regional Elmi Mərkəzinin 50 nəfər əməkdaşlarına Şəki rayonu Baş Göynük kənd ərazisində bir günlük yay istirahəti və gəzintisi Həmkarlar Təşkilatının hesabından xərclənərək təşkil olunmuşdur. - Oktyabr-noyabr aylarında AMEA Şəki Regional Elmi Mərkəzinin 9 nəfər əməkdaşları maddi yardım ərizələri ilə HT-na müraciət etmişlər. Təqdim olunan ərizələri əsas tutaraq Həmkarlar Təşkilatının hesabından maddi yardımların ödənilməsi üçün 450 manat pul ayrılmışdır. - AMEA Şəki Regional Elmi Mərkəzinin 1 nəfər əməkdaşı sentyabr ayında “Şıxov” sanatoriyasına, 1 nəfər əməkdaşı isə “Bilgəh” kardioloji sanatoriyasına HT tərəfindən müalicə məqsədi ilə göndərilmişlər. - Azərbaycanlıların Həmrəylik günü və Yeni il Bayramı münasıbəti ilə Həmkarlar Təşkilatı tərəfindən “Sahil” restoranında AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına bayram süfrəsi ilə birlikdə şənlik təşkil olunmuşdur. AMEA Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının 2024-cü il üçün görülmüş işlərin illik Hesabatı. - 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Həmkarlar Təşkilatının hesabından 40 nəfər qadın əməkdaşa hədiyyələr alınmışdır. Bayram tədbirində hər bir qadın əməkdaşa alınan hədiyyələr təqdim olunaraq təbrik edilmişdir. - Aprel ayında AMEA Şəki Regional Elmi Mərkəzinin 16 nəfər əməkdaşları maddi yardım ərizələri ilə HT-a müraciət etmişlər. Bunun üçün Həmkarlar Təşkilatının hesabından 800 manat pul ayrılmış və müraciət edən hər bir əməkdaşa 50 manat məbləğində maddi yardım verilmişdir. - Aprel ayında II Qarabağ iştirakçısı Səmədov Ruslana Ramazan bayramı münasibəti ilə Şəki REM-nin HT-nın hesabından 50 manat yardım edilmişdir.
7 Şəki şəhəri L.Abdullayev küçəsi 24. e-mail: aqil.mustafayev.75@mail.ru Tel: +994 70 707 70 90 | ![]() |