Arxeologiya və etnoqrafiya şöbəsi
“ARXEOLOGİYA VƏ ETNOQRAFİYA” ŞÖBƏSİNİN ƏSASNAMƏSİ
Şöbənin yaradılmasının hüququ əsası: AMEA-nın Rəyasət Heyətinin 2 iyun 2025-ci il tarixli, 14/13 №-li Qərarı
I ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin (bundan sonra AMEA-nın Şəki REM) Arxeologiya və Etnoqrafiya şöbəsi (bundan sonra – şöbə) AMEA-nın nəzdində fəaliyyət göstərən elmi tədqiqat qurumudur və fəaliyyəti Azərbaycan Respublikasının şimal-qərb ərazisini əhatə edir. Şöbə AMEA-nın Şəki REM-nin tabeliyindədir.
1.2. Şöbə öz fəaliyyətini AMEA-nın Şəki REM-nin, həmçinin AMEA Arxeologiya və Antropologiya İnstitutunun Nizamnamələri əsasında həyata keçirir.
II ŞÖBƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Şöbənin yaradılmasında əsas məqsəd Azərbaycanın şimal-qərb bölgəsində arxeologiya və etnoqrafiya elmləri sahəsində elmi və innovativ xarakterli tədqiqatların aparılmasından, bölgənin arxeoloji abidələrinin və etnoqrafik xüsusiyyətlərinin daha dərindən öyrənilməsindən və ictimaiyyətin bu istiqamətdə məlumatlandırılmasından ibarətdir.
2.2. Şöbə məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
· elmi tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirmək, elmi-tədqiqat planlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
· arxeologiya və etnoqrafiya səhəsində dünya elminin nailiyyətlərini araşdırmaq və onların tətbiqinə nail olmaq;
· yerinə yetirilən elmi-tədqiqat işləri haqqında hesabatlar, elmi əsərlər hazırlamaq,
· Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində beynəlxalq arxeoloji ekspedisiyaların araşdırmalarında iştirak etmək;
· Şəki REM-in müvafiq şöbələri ilə elmi-tədqiqat işlərində əməkdaşlıq etmək;
· tədqiqat apardığı istiqamətlərdə müvafiq dövlət qurumlarının müraciətləri əsasında ekspertizalar həyata keçirmək və rəy vermək;
· şimal-qərb bölgəsində fəaliyyət göstərən Ali məktəblər və kollec tələbələrilə görüşlər keçirmək, gənc nəslin bölgədəki arxeoloji abidələr və bölgənin etnoqrafik xüsusiyyətləri ilə əyani şəkildə və elmi əsaslarla məlumatlandırılmasını təmin etmək, abidələrin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirmək.
2.3. Bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün şöbə:
· elmi araşdırmalar aparır, Şəki REM-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir, elmi seminarlar, dəyirmi masa və görüşlər təşkil edir;
· AMEA Arxeologiya və Antropologiya İnstitututu və Şəki REM-in müvafiq şöbələri ilə əməkdaşlıq edir.
III ŞÖBƏNİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
3.1. Şöbənin mülkiyyətində Şəki REM tərəfindən təmin edilən arxeoloji qazıntı alətləri, ölçmə cihazları və bu Əsasnamə ilə nəzərdə tutulmuş elmi-tədqiqat işlərini aparmaq üçün zəruri olan digər vasitələr ola bilər.
3.2. Şöbənin maliyyə fəaliyyətini AMEA-nın Şəki REM-in fəaliyyəti üçün nəzərdə tutduğu maddi vəsaitlərdən ayırmalar təşkil edir. Həmçinin arxeoloji tədqiqatların aparılması və genişləndirilməsi məqsədilə AMEA Arxeologiya və Antropologiya İnstitututu tərəfindən maliyyə ayırmaları da həyata keçirilə bilər.
3.3. Arxeoloji və etnoqrafik tədqiqatlar üçün ayrılan vəsait başqa məqsədlər üçün istifadə edilə bilməz.
IV ŞÖBƏNİN TƏŞKİLATİ STRURKTURU
4.1. Şöbənin təşkilatı strurkturu AMEA-nın Şəki REM-nin Nizamnaməsinə uyğun formalaşdırılır, Şəki REM-in Elmi Şura Yığıncağında qəbul edilir və AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilir.
4.2. Şöbənin rəhbəri müvafiq bilikləri, elmi dərəcəsi və ya dissertant və doktorant, təşkilatçılıq bacarığı və təcrübəsi nəzərə alınmaqla, namizədlər arasından Şəki REM-in Elmi Şura yığıncağında 5 il müddətinə seçilir və AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Seçki keçirilənədək şöbəyə rəhbərlik Şəki REM-in direktoru tərəfindən müvəqqəti olaraq təyin edilən şəxs tərəfindən həyata keçirilir.
4.3. Şöbənin elmi işçiləri bərabər hüquqlara malikdirlər və AMEA-nın mövcud qanunvericiliyinə uyğun olaraq seçki əsasında seçilir. Şöbənin digər əməkdaşları (böyük laborant, laborant) Şəki REM-in rəhbərliyi tərəfindən təyin olunur.
V ŞÖBƏ ƏMƏKDAŞLARININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Şöbənin əməkdaşları aşağıdakı hüquqlara malikdir:
· şöbə tərəfindən müəyyən edilən elmi-tədqiqat palanlarının müzakirəsində iştirak etmək, təkliflər irəli sürmək;
· şöbə tərəfindən aparılan elmi-tədqiqat, ekspedisiya və çöl-tədqiqat işlərində iştirak etmək;
5.2. Şöbənin əməkdaşları aşağıdakı vəzifələri daşıyırlar:
· Şəki REM-in Nizamnaməsinə və şöbənin əsasnaməsinə əməl etmək;
· AMEA-nın və Şəki REM-in Elmi Şurasının qərarlarını yerinə yetirmək;
· Şəki REM-in tədbirlərində iştirak etmək;
· şöbə tərəfindən aparılan elmi-tədqiqat, ekspedisiya və çöl-tədqiqat işlərində iştirak etmək;
· şöbə tərəfindən aparılan tədqiqatları və şəxsi araşdırmaları özündə ehtiva edən məqalə, tezis və digər elmi əsərlər hazırlamaq, seminar, könfrans və digər tədbirlərdə çıxış etmək.
VI DİGƏR ŞƏRTLƏR
6.1. Əsanamədə nəzərdə tutulmayan məsələlər AMEA-nın Şəki REM-nin Nizamnaməsi ilə tənzimlənir.
Tel: +994 55 760 47 87
Faks:
Elektron poçtu abdurahmanov.elshen@40gmail.com
Struktur bölmənin rəhbəri Abdurahmanov Elşən Vaqif oğlu
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri “Milli-mənəvi irsin dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasına aid məsələlərin işlənib hazırlanması, Azərbaycan tarixinin, xüsusən ən yeni tarixin tədqiqi”
Mövzu: “Azərbaycanın şimal-qərb bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası, mənəvi və estetik dəyərləri, mədəni, elmi irsin qorunması və tədqiqi”
Əsas elmi nəticələri
2024- cü il üçün
2025 - ci il üçün