Mənəfova Reyhan Miqdad qızı

Anadan olduğu yer                                                Şəki şəhəri                                                                                                     

Təvəllüdü                                                              31.05.1982

Bitirdiyi ali təhsil müəssisəsi                               ADPU, Filologiya fakültəsi ( bakalavr)             

                                                                             Azərbaycan Universiteti   ( magistr) 

Elmi dərəcəsi                                                                                                                                                                 

Elmi rütbəsi

Namizədlik dissertasiyasının mövzusu:                                                                                                                    

  • Ixtisas şifri                       
  • Ixtisasın adı                    
  • Mövzunun adı               

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı                  

-  xaricdə çıxmış elmi əsərlərinin sayı                    

- beynəlxalq bazalarda referatlaşdırılan

və indeksləşdirilən jurnallarda çap olunan

məqalələrinin sayı

Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı

Əsas elmi nailiyyətləri:                              

Elmi əsərlərinin adları:

  1. Reyhan Mənəfova. “Heydər Əliyev obrazı Azərbaycan poeziyasında”. ADPU-nun xəbərləri, 2014
  2. Reyhan Mənəfova. “Azərbaycan-ispan ədəbi əlaqələri”, Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2014.
  3. Reyhan Mənəfova. “Sufizm və Şəki ədəbi mühiti”. II Uluslararası Hamza Nigari Sempozyumu. 20-22.10.2014.
  4. Mənəfova Reyhan. “Poeziyamızın günəşi öz misralarında (fəlsəfi müstəvidə)”. Risalə Araşdırmalar Toplusu. 11.2015.
  5. Rəşid bəy Əfəndiyev. “Arvad məsələsi” kitabının tərtibçisi. BAKI, 2015.
  6. Reyhan Mənəfova. Bəxtiyar Vahabzadə yaradıcılığında məhəbbət lirikası. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın materialları. Şəki, 2015.
  7. Reyhan Mənəfova, Şəfəq Mahmudova. “Qədim Şəkinin milli oyunları”. Zaqatala, 2016.
  8. Reyhan Mənəfova, Aygül Xəlilova. “”Kitabi-Dədə Qorqud” dastanında təbiət və insan konsepsiyası”.
  9. Reyhan Mənəfova. “”Kitabi-Dədə Qorqud” eposunda tərbiyə məsələləri”. Pedaqogika jurnalı, Bakı, 2018, №4
  10. Mənəfova Reyhan. “Bəxtiyar Vahabzadənin sovet dövrü poeziyasında mətnaltı eyhamlar”. Gənc tədqiqatçıların I Respublika konfransı. Bakı, 2018.
  11. ReyhanMənəfova. “Lahıc folklorunda bayatıların bədii xüsusiyyətləri”. Lahıc folklor diyarı konfransının materialları. Lahıc, 2018.
  12. Reyhan Mənəfova. “Bəxtiyar Vahabzadə yaradıcılığında tərbiyə məsələləri” seminar. 16 avqust 2019.
  13. Reyhan Mənəfova. “Bəxtiyar Vahabzadənin “Atılmışlar” poemasında milli-mənəvi dəyərlər. Pedaqogika jurnalı, Bakı, 2019, №2.
  14. Reyhan Mənəfova. “Bəxtiyar Vahabzadənin dramaturgiyasında mətnaltı mənalar”. Pedaqogika jurnalı, Bakı, 2019 №3.
  15. Reyhan Mənəfova. “Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində “Azərbaycançılıq” ideyası”. Gənc tədqiqatçıların III respublika konfransı. Bakı, 2020.
  16. Reyhan Mənəfova, Ülkər Sərkərova. “Qədim Şəkinin Toy Adətləri (Qız bəyənmə, elçilik və bəlgə)”. Çağdaş Azərbaycanda Elm və Təhsilin Prioritet İstiqamətləri respublika elmi konfransının materialları. 02 aprel, 2021.
  17. Reyhan Mənəfova. “İlyas Əfəndiyevin hekayələrində xalq yaradıcılığının izləri”. Akademik tarih ve düşünce. Sentyabr 2021, Cilt 8/Sayı:3
  18. Mənəfova Reyhan. «Folklor nümunələrinin XX əsr Azərbaycan sovet ədəbiyyatına təsiri». Dastanlarda milli-mənəvi dəyərlərimiz respublika elmi konfransının materialları. Bakı, 19 aprel 2022.
  19. Reyhan Mənəfova, Murad Ağalarov. “Pedaqoji menecment anlayışı və onun formalaşmasına təsir göstərən amillər”. Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar mövzusunda Beynəlxalq elmi konfransın materialları. 14 oktyabr 2022.
  20. Rahim Həsənov. Erməni təxribatları. Bədii redaktor. Bakı, 2022.
  21. Reyhan Mənəfova. “Xəyallarımı hekayəmdə anlatdım” hekayələr toplusunun elmi redaktoru. Bakı, 2022.
  22. Mənəfova R., Abdurahmanov E. “Xalq təfəkkürünün izi ilə». «V Uluslararası Dede Korkud türk kültürü dünyası tarixi, ədəbiyyatı konqresi» İzmir, 02-04 eylül, 2022.
  23. Reyhan Mənəfova. “Qarabağın sufi şairlərindən olan Mir Həmzə Nigari yaradıcılığında Qarabağ mövzusu” “Azərbaycan və Türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu (ədəbi məclislər kontekstində)” elmi seminar. 10 mart 2023.
  24. Mənəfova Reyhan. “Azərbaycanın Zaqatala rayonunda yaşayan xalqların mətbəx mədəniyyəti”. Qlobal çağırışlar və Türk dünyası I Beynəlxalq elmi konfransı. 12 aprel 2023.
  25. Reyhan Mənəfova. “Heydər Əliyev Azərbaycan intibahının banisidir”. “Heydər Əliyev və Azərbaycanda intibah dövrü” elmi seminar. 16 aprel 2023.
  26. Reyhan Mənəfova. “Qonşu-qonşu olsa, kor qız ərə gedər əsərinin ideya-bədii xüsusiyyətləri”. Görkəmli yazıçı-dramaturq, ictimai xadim Rəşib bəy Əfəndiyevə həsr olunmuş “Maarif fədaisi” adlı elmi-praktik konfrans. 5 iyun 2023.
  27. Reyhan Mənəfova, Elşən Abdurahmanov. “Deyimlərdə gizlənən xalq təfəkkürü”. V Beynəlxalq Bəxtiyar Vahabzadə türk dünyası tarix, mədəniyyət və ədəbiyyat konfransının materialları. Bakı, 2023.
  28. Reyhan Miqdadqızı. “Sevgim bir yaşıl yarpaq, rəngi məndən” şeir kitabı. Bakı, 2013.
  29. Reyhan Miqdadqızı. “Sükutun səsi” şeir kitabı. Bakı, 2023.

Respublika, beynəlxalq və xarici

ölkələrin elmi qurumarında üzvlüyü

Pedaqoji fəaiyyət:                

                                             

Digər fəaliyyət:                       2018-2019-cu illərdə Pedaqogika elmi jurnalının məsul katibi

                                                    2017-ci ildən Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü

                                                    2014-2017-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzi - laborant

                                                   2019-2021-ci illərdə AMEA-nın Şəki Regional Elmi Mərkəzi - baş laborant

Təltif və mükafatları:

Əsas iş yeri və ünvanı:                AMEA Şəki Regional Elmi Mərkəzi, L.Abdullayev küç, 24

Vəzifəsi                                             AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "İctimaiyyətlə əlaqələr" şöbəsinin rəhbəri

Xidməti tel.                                  

Mobi tel.                                          (+994 55) 936 49 52

Ev

Faks

Elektron poçtu                             mecidova.reyhan@mail.ru

 

“İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,  "İnformasiya azadlığı haqqında", “Media haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarını əsas tutaraq AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “İctimaiyyətlə əlaqələr” şöbəsinin əsas funksiyası Şəki REM-də aparılan elmi-tədqiqat işləri haqqında region və ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmaqdan ibarətdir. İctimaiyyətlə əlaqələr şöbəsi öz fəaliyyətlərini Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi ilə əlaqələndirir və əməkdaşlıq edir.

 İctimaiyyətlə əlaqələr şöbəsi Şəki REM-in KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir, əlaqələndirməni həyata keçirir.

Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasını, Şəki REM-in fəaliyyətinin KİV-də işıqlandırılmasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə bağlı paylaşımların edilməsini, Şəki REM tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını, bununla əlaqədar çıxışların, müsahibələrin və s. hazırlanmasını, məlumat bazasının təşkil edilib arxivləşdirilməsini, Şəki REM-in rəhbərlik və işçilərinin KİV-də çıxışlarının, ictimaiyyətlə görüşlərinin təşkil edilməsini, əlaqələndirilməsini və Şəki REM tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakının təmin edilməsini, Şəki REM-in rəsmi internet saytı (www.shrem.az) və sosial şəbəkələrdəki (facebook.com/ictimaisrem/) səhifələr üçün məlumatların hazırlanmasını, məlumatların saytlarda yerləşdirilməsini, Şəki REM-in fəaliyyəti, imkanları və nailiyyətlərini əks etdirən bukletlərin, video-çarxların hazırlanmasını, dəyirmi  masalar, elmi-praktik, respublika və beynəlxalq səviyyəli konfranslar üçün proqram, poster və barnerlərin tərtib və dizayn edilməsini,  konfrans və müvafiq yerlərdə nümayiş etdirilməsi, Şəki REM-in rəsmi veb-saytının – shrem.az istismarının və kontent təminatının həyata keçirilməsini, informasiya cəmiyyəti ideyalarının təbliğini, informasiya texnologiyaları sahəsində elmi nailiyyətlərin populyarlaşdırılmasını, Şəki REM-in fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavabların hazırlanmasını və təhrif hallarının aradan qaldırılmasını təmin etmək istiqamətində tədbirlərin görülməsi.