VAKANSİYA ELANI
Noy 02, 2026 | 01:38

 

 

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə işə qəbul üzrə müsabiqə elan olunur!

Namizədlərə aşağıdakı tələblər qoyulur: 

1.Magistratura səviyyəsi üzrə ali təhsil;
2.Ən azı 4 il iş təcrübəsi; 3.Elmi-tədqiqat işlərinə maraq və müstəqil araşdırma aparmaq bacarığı;
4.Elmi mənbələri araşdırmaq, təhlil etmək və ümumiləşdirmək qabiliyyəti;
5.Komandada işləmək bacarığı, məsuliyyətlilik və təşəbbüskarlıq.
6.Əmək intizamına riayət etmək, rəhbərliyin qanuni tapşırıq və göstərişlərini vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Müraciət üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-Mərkəzin rəhbərliyinin adına ərizə;
-Şəxsiyyət vəsiqəsinin surəti;
-Ali təhsil haqqında diplomların surəti;
-Əmək kitabçasının surəti;
-Kadr uçotu üzrə şəxsi vərəqə;
-Elmi fəaliyyətə dair materialların surəti.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, AMEA-nın «Elm» qəzetində müvafiq elan dərc edildiyi gündən etibarən 1 (bir) ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L. Abdullayev küçəsi, 24.

Əlavə məlumat üçün əlaqə telefonları:
(+994 24) 246 05 04
(+994 24) 246 04 11
(012) 585 35 83

Elektron poçt:
shrem@science.az
shrem@mail.ru