Sen 23, 2026 | 10:46
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi Ədəbi-mədəni mühit və folklor şöbəsinə şöbə rəhbəri vəzifəsinə müsabiqə elan edir.
Müsabiqədə ixtisası üzrə ən azı 5 il əmək stajı olan elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər.
Namizədlərdən aşağıdakılar tələb olunur:
- Azərbaycan ədəbiyyatı, folkloru və ədəbi-mədəni irsi üzrə geniş bilik;
- Ədəbiyyatşünaslıq, folklorşünaslıq və filologiya və əlaqəli sahələr üzrə elmi və peşəkar təcrübə;
- Elmi-tədqiqat və təşkilati iş bacarığı;
- Komanda ilə işləmək və şöbənin fəaliyyətini səmərəli təşkil etmək təcrübəsi;
- Elmi məqalələrin hazırlanması, tədqiqatların aparılması, habelə regional ədəbi-mədəni irsin və folklor nümunələrinin toplanması, tədqiqi, qorunması və təbliği istiqamətində layihələrin hazırlanması bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq.
Təqdim olunmalı sənədlər
- Rəhbərliyin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Diplomların surəti;
- Əmək kitabçasının surəti;
- Kadr uçotu vərəqi;
- Elmi materialların surəti.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq AMEA-nın “Elm” qəzetində elan dərc edildiyi gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L. Abdullayev küçəsi, 24.
Əlavə məlumat üçün:
(+994 24) 246 05 04
(+994 24) 246 04 11
(012) 585 35 83
Elektron poçt:
shrem@science.az
shrem@mail.ru








