ELMİ-PRAKTİK KONFRANSA DƏVƏT
Sen 14, 2026 | 11:00
Sen 14, 2026 | 11:00
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə “Şimal-Qərbi Azərbaycanda tarixi-memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Tarix: 23 oktyabr 2026-cı il
Məkan: ADPU-nun Şəki filialı
Konfransda iştirak edə bilərlər:
• Professor-müəllim heyəti
• Elmi işçilər
• Doktorantlar
• Dissertantlar
Konfransın əsas istiqamətləri:
1. Şəhərsalma və memarlıq irsi ədəbiyyatda
2. Tarixi şəhərlərin formalaşması və şəhərsalma mədəniyyəti
3. Tarixi-memarlıq irsi və onun qorunması
4. Şəhərsalmanın təbii-coğrafi əsasları
5. Şəhər ekosistemləri və ekoloji problemlər
6. Təbii sərvətlərin və mədəni irsin davamlı idarə olunması
7. Biomüxtəliflik, landşaft və ekosistemlərin mühafizəsi
8. GIS, məsafədən zondlama və rəqəmsal texnologiyalar
9. Təbii fəlakət risklərinin idarə olunması
Tədqiqatçılar, alimlər, doktorantları konfransda fəal iştiraka dəvət edirik!
KONFRANS MATERİALLARININ TƏRTİBAT QAYDALARI
“Şimal-Qərbi Azərbaycanda tarixi-memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda elmi-praktik konfransa məqalə və tezislər təqdim edən müəlliflər aşağıdakı tələblərə riayət etməlidirlər:
1. TEXNİKİ TƏLƏBLƏR
• Materiallar konfransın müəyyən edilmiş elmi istiqamətlərindən birinə uyğun olmalıdır.
• Microsoft Office Word proqramında hazırlanmalıdır.
• Kağız formatı: A4
• Şrift: Times New Roman, 12 pt
• Şrift rəngi: qara
• Sətirarası interval: 1,5
• Sol kənar: 2,5 sm
• Sağ kənar: 1,5 sm
• Yuxarı kənar: 3,0 sm
• Aşağı kənar: 2,5 sm
• Abzas: 1,5 sm
2. HƏCM
Məqalə və ya tezisin həcmi minimum 3, maksimum 8 səhifə olmalıdır.
3. BAŞLIQ VƏ MÜƏLLİF MƏLUMATLARI
• Konfrans materialının adı səhifənin mərkəzində, 12 şriftlə, böyük və qalın hərflərlə yazılmalıdır.
• Müəllif(lər)in adı, atasının adı və soyadı tam şəkildə göstərilməlidir.
• Müəllif(lər)in elmi dərəcəsi və elmi adı qeyd edilməlidir.
• İşlədiyi elmi müəssisənin adı göstərilməlidir.
• Doktorant və dissertantlar təhsil aldıqları müəssisənin adını da qeyd etməlidirlər.
• Müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır.
4. XÜLASƏ VƏ AÇAR SÖZLƏR
• Xülasə 150 sözdən çox olmamalıdır.
• Açar sözlər minimum 6 söz olmalıdır.
• Xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir.
5. ƏDƏBİYYAT SİYAHISI VƏ İSTİNADLAR
• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilməlidir.
• Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun tərtib edilməlidir.
• Mətn daxilində istinadlar nömrə ilə göstərilməlidir.
Nümunə:
[3, s. 48–57] [2]
6. MATERİALLARIN GÖNDƏRİLMƏSİ
Məqalə və tezislər 10 oktyabr 2026-cı il tarixinədək aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:
Konfrans materialları elektron elmi nəşr formasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəsmi saytında yerləşdiriləcəkdir.
DİQQƏT!
Məqalə və tezislərin konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir.
Zərurət yarandıqda, bölmənin irad və qeydləri əsasında materialın yenidən işlənərək göndərilməsi tələb oluna bilər.
Bölmənin irad və qeydləri qəbul edilmədikdə və ya tələb olunan düzəlişlər vaxtında aparılaraq material yenidən göndərilmədikdə, məqalə və ya tezis konfrans materiallarına daxil edilməyəcəkdir.
Suallar üçün əlaqə: (+994 50) 798 79 90








