
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında əməkdaşımızın imza günü keçiriləcək
May 19, 2025 | 03:38
May 19, 2025 | 03:38
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, gənc şair-tədqiqatçı Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabının IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdimatı olacaq.
Təqdimat və imza günü 31 may 11:00-13:00-da Elmlər parkında Azərbaycan Yazıçılar Birliyinin stendində baş tutacaq.
Türksoylu ölkələrdən tanınmış alimlərin, ədəbiyyat adamlarının, naşirlərin dəvət edildiyi festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.
Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və AMEA-nın təşkilati dəstəyi ilə həyata keçiriləcək.