ELAN
May 08, 2025 | 01:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzi Ekoloji biofizika, Landşaftşünaslıq, Bitkilərin biokimyası, Tut ipəkqurdunun seleksiyası, Tarix, arxeologiya və epiqrafika şöbələrinə vakant şöbə rəhbəri yeri üçün müsabiqə elan edir:

Müsabiqədə şöbənin istiqamət sahəsinə uyğun elmi dərəcəsi və elmmetrik bazalarda nəşrləri olan şəxslər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən 1 ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir.

Tələb olunan sənədlər:

  1. Rəhbərliyin adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti
  3. Əmək kitabçasının surəti
  4. Kadr uçotu vərəqi
  5. Elmi materiallarının surəti

 

Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24.

 

Tel: (+99424) 24 6 05 04; (+99424) 24 6 04 11; (012) 585 35 83 

E-poçtshrem@science.az; shrem@mail.ru