BƏXTİYAR VAHABZADƏ - 100
May 05, 2025 | 10:00

Hörmətli həmkarlar!

Türk dünyasının görkəmli ədəbi siması, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş

“Dəyişən Dünya, Yenilənən Elm və İnnovativ Texnologiyalar” mövzusunda Elmi-praktiki konfrans keçiriləcəkdir.

Sizi böyük məmnuniyyətlə 11 iyul 2025-ci il tarixlərində Şəki şəhərində baş tutacaq bu mötəbər elmi tədbirə dəvət edirik.

Rəsmi elan səhifəsi: https://www.shrem.az

 

Konfransın təqvimi:

  • Tezislərin təqdim olunması üçün son tarix: 10 may 2025
  • Məqalələrin təqdim olunması üçün son tarix: 20 may 2025

Konfrans dilləri: Azərbaycan, türk, ingilis, rus

 

Konfransın əsas istiqamətləri:

  1. Azərbaycan dili və ədəbiyyatı – Bəxtiyar Vahabzadə ədəbi irsində
  2. Müasir folklorşünaslığın aktual problemləri
  3. Tarixi, arxeoloji, etnoqrafik irsin tədqiqi
  4. Bitki ehtiyatlarından davamlı istifadə və biomüxtəlifliyin qorunması
  5. Ekoturizm potensialı və dayanıqlı inkişaf dinamikası
  6. Landşaft fasiyalarının bio-geokimyəvi xüsusiyyətləri
  7. Zülal biomateriallar üzrə tədqiqatlar
  8. Təbii ipəkçilikdə innovativ istiqamətlər

 

Tezislərin tərtibat qaydaları:

  • Şrift: Times New Roman, 12 pt
  • Həcm: 250–400 söz
  • Dil: Tezisin əsas mətni, mövzu başlığı və açar sözlər onun yazıldığı dildən əlavə olaraq ingilis dilində də təqdim olunmalıdır.
  • Mövzu adı: 12 pt, böyük hərflərlə, qalın (bold), ortada
  • Müəllif haqqında məlumatlar: Mövzu başlığından sonra sağ tərəfdə:
    • Ad, soyad
    • Təmsil etdiyi müəssisə
    • Elmi dərəcə (əgər varsa)
    • E-mail ünvanı
    • ORCID ID
    • Əlaqə nömrəsi

Tezislərin göndərilməsi üçün e-mail:  amea.shrem50@gmail.com

Tezislər Microsoft Word formatında hazırlanmalı və qeyd olunan ünvana 20 may 2025-ci ilədək göndərilməlidir. Qəbul edilmiş tezislərin müəllifləri e-mail vasitəsilə məlumatlandırılacaqlar.

 

Məqalələrin tərtibat qaydaları:

  • Həcm: 4–12 səhifə
  • Şrift və format: Times New Roman, 12 pt, A4 format,
    • yuxarı, aşağı, sol: 2 sm,
    • sağ: 1,5 sm
    • sətirlərarası: 1,15
  • Struktur: Xülasə, giriş, alt başlıqlar və nəticə mütləq qeyd olunmalıdır.
  • Dil: Azərbaycan, türk və rus dillərində olan məqalələrə ingilis dilində xülasə əlavə olunmalıdır.
  • İstinadlar: APA üslubunda verilməlidir. (məsələn: Məmmədov, 2007, s. 17–21)
  • Cədvəl, sxem, qrafik və şəkillər məqalənin içərisində təqdim olunmalı, sıra nömrəsi və izahla birlikdə yerləşdirilməlidir.

Qeyd 1: Tələblərə cavab verməyən məqalələr çap olunmayacaq.

Qeyd 2: Məqalənin elmi məsuliyyəti müəllifin üzərinə düşür.

Nəşr və iştirak:

  • Qəbul edilən tezis və məqalələr Konfrans materialları toplusunda dərc ediləcəkdir.
  • İştirak ödənişsizdir.

 Əlaqə məlumatı:

  İngilis dili: Salmanova Ayşən  +994 55 756 5859 e-mail: salmanovaayshan5@gmail.com

            Rus dili: Babayev Şahmar +994 50 544 48 39 e-mail: shahmarshan@gmail.com