Elan
Apr 01, 2024 | 12:55

Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir:

 “Ekoloji coğrafiya” şöbəsi üzrə

  Şöbə rəhbəri – 1 yer, elmi işçi – 1 yer

 “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsi üzrə

 Şöbə rəhbəri – 1 yer

Müsabiqədə magistrlər və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Tələb olunan sənədlər:

  1. Rəhbərliyin adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Əmək kitabçasının surəti;
  4. Kadr uçotu vərəqi;
  5. Elmi materiallarının surəti.

Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24.

 

Tel: (+99424) 24 6 05 04; (+99424) 24 6 04 11; (012) 585 35 83 

E-poçtshrem@science.az; shrem@mail.ru