ELAN
Noy 29, 2023 | 01:00

Elan

AMEA-nın Şəki Regional Elmi Mərkəzi “Tarix, arxeologiya və epiqrafiya” şöbəsinə vakant böyük elmi işçi yeri üçün müsabiqə elan edir:

Müsabiqədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, ərəb-fars dillərində oxumaq  və tərcümə etmək bilik və bacarıqları olan tarix və arxeologiya  ixtisasları üzrə elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən 1 ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir.

Tələb olunan sənədlər:

  1. Rəhbərliyin adına ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti
  3. Əmək kitabçasının surəti
  4. Kadr uçotu vərəqi
  5. İştirakçının elmi materiallarının surəti

 

Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24.

 

Tel: (+99424) 24 6 05 04; (+99424) 24 6 04 11; (012) 585 35 83 

E-poçtshrem@science.az; shrem@mail.ru