18 sentyabr 2019-cu il tarixdə AMEA ŞREM-də “Nəsimi ili” ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti seminar keçirilmişdir
Sen 18, 2019 | 05:36

18 sentyabr 2019-cu il tarixdə AMEA ŞREM-də “Nəsimi ili” ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti seminar keçirilmişdir. Seminarda iki məruzə dinlənilmişdir. Öncə filologiya üzrə fəlsəfə doktoru “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi Kamil Adışirinov “Nəsimi yaradıcılığında Lirik qəhrəman” – “İlahi eşq” in yeri mövzusunda məruzə etmişdir. Seminara “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri, doktorant Pakizə Zakirova “Təsəvvüf ədəbiyyatının mahiyyəti: Təsəvvüf əhlinin sevgi hədəfi. Sufizmin Hurifizm qolu. Nəimi Astrabadinin görüşləri” mövzusunda məruzəsi ilə davam etmişdir. Məzmun və forma etibarı ilə maraq doğuran hər iki məruzə ətrafında fikir mübadiləsi aparılmışdır. İştirakçılar sözügedən seminarda təqdim edilən məruzələrin səviyyəsindən məmnun qaldıqlarını dilə gətirmişlər.