
29 – 30 oktyabr 2018 – ci il tarixdə Bakı şəhərində AMEA – nın Elm Tarixi İnstitutunun ev sahibliyi ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans keçirilmişdir
Okt 30, 2018 | 03:30
Okt 30, 2018 | 03:30
AMEA – nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov konfransda “Şəki fəhləsi” qəzeti “Səbuhi” ədəbi məclisinin əsas tribunası kimi və qəzetin nəşr tarixinə bir nəzər” mövsunda məruzə etmişdir. Məruzənin tezisləri və mətnin özü konfransın yekun sənədi olan və “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq konfrans. Beyəlxalq elmi konfransın materialları” adlı topluda nəşr olunmuşdur. Əməkdaşımıza yeni elmi uğurlar arzulayırıq.