“Konstitusiya günü”
Noy 11, 2022 | 12:00
11 noyabr 2022 –ci il tarixində AMEA-nın Şəki REM-də “Konstitusiya günü” ilə əlaqədar tədbir keçirilib.Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dosent Y.H.Şükürlü əməkdaşları bu ələmətdar gün münasibətilə təbrik edib. Konstitusiyanın mahiyyətindən bəhs edən natiq onun demokratik əsasları, yüksək qanunverici bazaya malik olması barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdü.
Sonra çıxış edən “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə Yusifova Azərbaycan Respublikası Konstitusiya tarixinə nəzər salıb. Konstitusiyanın dövlətçilik tarixində rolundan bəhs edib.