20 dekabr 2019-cu il tarixdə AMEA ŞREM-in Elmi Şurasının növbəti yığıncağı olmuşdur
Dek 20, 2019 | 04:15

Yığıncağın müzakirəsinə dörd məsələ verilmişdir. Öncə, şöbə rəhbərləri AMEA ŞREM-in şöbələrinin 2020-2024-cü illər üçün elmi-tədqiqat proqramlarını müzakirəyə təqdim etmişlər.
Elmi-işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, elmi katib riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov, böyük elmi işçi Akif Məmmədli, tarix üzrə fəlsəfə doktoru V.B.Baxışov məntiqi mülahizələri ilə müzakirəyə çıxarılmış proqram layihələrinin daha təkmil hala gəlməsinə öz töhfələrini vermişdir. Yığıncaqda səsləndirilmiş təkliflərin, tənqidi mülahizələrin nəzərə alınmasının vacibliyi şöbə rəhbərlərinə tapşırılmışdır.
Yığıncaqda “Folklorşünaslıq və El sənətləri” şöbəsinin müdiri Pakizə Zakirova İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil edilən yekun tədbiri – esse yazı müsabiqəsinin nəticələrinə dair məlumatı dinlənilmişdir.
Şura üzvü professor Firədun İbrahimov esse yazı müsabiqəsinin keçirilməsində şagirdlərin diqqəti çəkən fəallığının, müsabiqədə şəffaflığın, ədalətli qiymətləndirmənin təmin olunmasının yeniyetmə gənclərin öz hazırlığına daha tələbkar olmalarına təsir edəcəyinə ümidli olduğunu bildirmişdir.
Nəsiminin 650 illik yubileyi ilə bağlı esse müsabiqəsində keçirilməsində fəallığı ilə seçilən bir qrup əməkdaşa ŞREM rəhbərliyi tərəfindən Fəxri Fərmanlar verilmişdir.
Şəki REM-in “Genofond və biomüxtəliflik” şöbəsinin 5 illik tədqiqatları nəticəsində hazırlanmış “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi bitkilərinin bioekoloji xüsusiyyətləri və sənayedə istifadəsi” monoqrafiyasının nəşrə hazırlanmasına dair “Genofond və biomüxtəliflik” şöbəsinin rəhəri Coşqun Məmmədov məlumat vermişdir.
ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü monoqrafiyanın müsbət məziyyətlərini arqumentləşdirmiş, onun müəlliflərinə belə bir əhəmiyyətli işi başa çatdıra bildiklərinə görə razılığını bildirmişdir.
Azərbaycan Respublikası Turizm Agentliyinin Şəki “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə elmi əməkdaşlıqla bağlı məsələni “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.R.Həsənov yığıncağın müzakirəsinə təqdim etmişdir.
Müzakirəyə çıxarılmış hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.