AMEA Şəki Regional Elmi Mərkəzində Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin, İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Dr. Rajesh Kumar olub
Avg 03, 2018 | 03:39

AMEA Şəki Regional Elmi Mərkəzində Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin, İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Dr. Rajesh Kumar seminarda “Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarınnın bioloji müxtəlifliyi” mövzusunda məruzələrlə çıxış etmişdir. Dr. Rajesh Kumar ŞREM-in rəhbərliyi tərəfindən əvvəlcədən rəsmi dəvət almış və Azərbaycan Respublikasına gəlişi və seminarda çıxışına dair razılıq əldə olunmuşdur.
Dr. Rajesh Kumarın məruzələri əsasən Hindistanda palıd yarpağı ilə yemlənən 7 növ ipəkqurdunun biomüxtəlifliyi, hər bir növün yemlənmə xüsusiyyətləri, onlardan alınmış baramanın və sapın bioloji və texnoloji göstəriciləri, ipək saplardan hazırlanan məhsullara dair geniş və ətraflı məlumatlar vermişdir. O eyni zamanda həmin ipəkqurdu sortlarının yemlənməsində istifadə olunan palıd, gənəgərçək, payam,tapioca,aylant bitki və ağaclarının yetişdirilməsi və yemlənmədə istifadə qaydalarına dair geniş məlumat vermişdir.
Məruzələr ətrafında ŞREM əməkdaşları tərəfindən Dr. Rajesh Kumara verilən suallar geniş və ətraflı cavablandırıldı. 
Sonda Dr. Rajesh Kumarın təmsil etdiyi Hindistan İpəkçilik Tədqiqat və Təlim Mərkəzi ilə bu istiqamətdə birgə elmi texniki əməkdaşlığa dair müqavilə bağlanması üçün razılıq əldə olundu.