Əməkdaşlarımızın elmi fəaliyyətlərində uğurları
Apr 12, 2022 | 12:00

Smilax yarpağının bioextraktındakı antosianinlərin və pektinlərin təbii boyaq və qida əlavəediciləri kimi tətbiqi

AMEA-nın Şəki REM-in "Ekoloji biofizika" şöbəsinin elmi işçisi Vəfa Atayevanın mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və "Ekoloji biofizika" şöbəsinin elmi işçisi Xəyal Vəlibəyovun həmmüəllif olduğu "APPLICATION OF BIOEXTRACT OF SMILAX AUTUMN-WINTER LEAVES CONTAINING ANTHOCYANINS AND PECTIN AS A NATURAL DYE AND FOOD ADDITIVE" ( Antosianin və pektin tərkibli smilaksın payız-qış yarpaqlarının bioekstraktının təbii boya və qida əlavəediciləri kimi tətbiqi) adlı elmi məqaləsi İsveçdə keçirilən "MODERN SCIENCE: INNOVATIONS AND PROSPECTS" Proceedings of VII International Scientific and Practical Conference (MÜASİR ELM: İNNOVASİYALAR VƏ PERSPEKTİVLƏR” VII Beynəlxalq Elmi-Praktik Konfransın Materialları) jurnalında çap olunmuşdur. Məqalədə qida və yüngül sənaye sahələrində istehsal olunan məhsulların ekoloji cəhətdən təmiz olması və iqtisadi səmərələliyi qarşıda duran ən prioritet məsələlər kimi qeyd edilmişdir. Bu məqsədlə Smilax bitkisinin payız-qış fəsilində olan tünd qırmızı yarpaqlarından Citric turşusunun iştirakı ilə antosianinlərlə zəngin bioextarkt alınmışdır. Həmin bioextarktdan həm birbaşa, həm də bioextarktdan pektinləri kənarlaşdırmaqla ipək fibroinin (zülal mənşəli biopolimerin) boyanması üçün istifadə edilməsi tədqiq edilmiş və  səmərəliliyi müqayisəli təhlil edilmişdir. Alınmış bioextarkt bioaktiv maddələrlə zəngin olduğundan, qida və içkilərin belə təbii boyaq maddəsi və qida əlavəediciləri ilə istehsalı xüsusi aktuallığa malikdir.

Təqdim edilən işin əsas məqsədi  Smilak bitkisinin yarpaqlarının tərkibindən antosianinlərin və pektinlərin səmərəli üsülla çıxarılması, pektinlərin ekoloji ayrılması, bu boyaq maddələrinin və pektinlərin tətbiqi imkanlarının öyrənilməsidir. Yüksək sərbəst radikal təmizləyici fəaliyyəti ilə bu bitkinin yarpaqlarının ekstarktı tekstil və qida sənayesinə fayda verə bilər. Əməkdaşlarımıza elmi fəaliyyətlərində uğurlar arzu edirik.