AMEA-nın Şəki REM-nin əməkdaşı Beynəlxalq İpəkşünaslıq Komissiyası (İSC) 26-cı konfransına dəvət olunub
Fev 23, 2022 | 11:00

Beynəlxalq İpəkşünaslıq Komissiyası (İSC - BİK), dünya ipəkçilik təsərrüfatı və ipək sənayesinin inkişafı ilə məşğul olan bir dövlətlərarası təşkilatdır. Bu təşkilatın, 07-11 sentyab 2022-ci il tarixlərində, Ruminiyanın Kluj-Napoka şəhərində yerləşən Kənd təsərrüfatı elmləri və Heyvandarlıq Universitetində 26-cı - “SERITECH” mövzusunda konqresi keçiriləcəkdir. BİK-in 16-25 noyabr 2019-cu ildə Yaponiyanın Tsukuba şəhində keçirilmiş olan 25-ci konqresində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (Şəki REM-i) direktoru, Qara, Xəzər dənizi və Orta Asiya İpəkçilik Assossasiyası”nın İdarə Heyətinin üzvü, həmin Avropa təşkilatında Azərbaycan Pespublikası üzrə koordinatoru, fizika üzrə PhD, dosent Yusif Şükürlü və AMEA-nın Şəki REM-nin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi, AMEA Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürova iştirak etmişdilər. Həmin əməkdaşlar – Y. Şükürlü və Z. Şükürova BİK-nın 2-4 mart 2019-cu ildə Hindistanın Maysori şəhərində kecirilən 6-cı konfransında iştirak etmişlər.

BİK-in 26-cı – 07-11 sentyab tarixlərində Ruminiyanın Kluj-Napoka şəhərində keçiriləcək konfransında dünyanın aparıcı ölkələrinin ipəkçi alim və mütəxəssislərinə və o mötəbər tədbirə dəvət almış əməkdaşımız Yusif Şükürlüyə müvəffəqiyyətlər arzulayırıq. Konfransda ipəkçiliklə məşğul olan dünyanın aparıcı ölkələrinin alim və mütəxəssislərinin iştirakı ilə mövcud problemlərin həlli yollarının araşdırılması, ipəkçilikdə innovasiyaların və qabaqcıl təcrübələrin ayrı-ayrı ölkələrdə ipək istehsalı və ipəkçilik sənayesi sahələrində əldə olunan nailiyyətlərin tətbiqi istiqamətində müzakirələr, ipəkçiliyin müasir şəraitdə inkişaf yollarının müəyyənləşdirilməsi nəzərdə tutulur.