“18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü”
Okt 18, 2021 | 12:00
18 oktyabr 2021-ci il tarixdə AMEA-nın Şəki REM-də “18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü” münasibətiylə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f doktoru, dosent Yusif Şükürlü tədbir iştirakçılarını təbrik edərək bu günün tariximizdə əlamətdar hadisələrdən biri kimi qeyd edilməsinin əhəmiyyətindən bəhs etdi. 44 günlük Vətən müharibəsində şəhid olan həmvətənlərimizin o cümlədən Şəki rayonunun şəhidləri Ramin Aydın oğlu Məmmədov və Ülfət Rüfət Oğlu Musayevin ildönümü ilə bağlı xatirəsi qeyd edildi.
Tədbirin davamında Şəki REM-in əməkdaşları biol.ü.f. doktoru Fərhad Əzizov, geo.min.ü.f doktoru Hüseyn Mustafabəyli çıxış edərək müstəqillik gününə aparan yol, müstəqilliyimizin bərpasının əhəmiyyəti, ölkə rəhbəri müzəffər ali baş komandan cənab İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü fəaliyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə paylaşdılar.