“Şəhidlər unudulmur”
Sen 21, 2021 | 03:58
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 20 sentyabr 2021-ci il tarixində “Şəhidlər unudulmur” adlı aksiya təşkil etmişlər
Aksiya 27 sentyabr “Anım günü”nə həsr edilmiş və Şəki REM-də nəzərdə tutulmuş tədbirlər çərçivəsində həyata keçirilmişdir. Tədbir Şəki REM-in Həmkarlar Təşkilatının, Gənc Alim və Mütəxəssislər Şurasının, Qadınlar Şurasının və YAP-ın yerli təşkilatının üzvlərinin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılmışdır. Aksiya çərçivəsində əməkdaşlar Şəki rayonunda yaşayan bir qrup Şəhid ailəsinə baş çəkmiş, onların problemləri ilə maraqlanmış, məktəbəqədər və məktəb yaşlı şəhid övladlarına hədiyyələr, məktəbli çantaları və ləvazimatlar təqdim etmişlər.
Gələcəkdə də belə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.