27 iyul 2021-ci il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi sura iclası keçirilmişdir
İyl 27, 2021 | 12:50

İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdə qoyulan məsələlərlə şura üzvlərini tanış etdi. Gündəlik səsə qoyuldu və təsdiq edildi. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışı”ndan irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 iyul 2021-ci il tarixli 15/1 №-li Qərarı ilə bağlı şura üzvlərinə məlumat verdi. Sonra Mərkəzin elmi işlər üzrə direktor müavini, biol.ü.f.d, F.Əzizov “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında AMEA-nın Rəyasət Heyətinin 9 iyul 2021-ci il tarixli 15/2 №-li Qərarı ilə şura üzvlərini tanış edərək, Səki REM-in 2022-2030-cu illərdəki fəaliyyəti üçün Strategiyanın tərtib edilməsinin zəruriliyini bildirdi. Milli Strategiya üzrə Sura üzvlərinin təklifləri müzakirə edildi və ilkin layihə səsə qoyularaq qəbul edildi. Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilərək mühüm qərarlar qəbul olundu