17 avqust 2020-ci il tarixində AMEA Şəki REM-in Elmi Şurasının yığıncağı keçirilmişdir
Avg 17, 2020 | 12:00

Yığıncaqda AMEA Şəki REM-in 2020-ci ilin ötən dövrü ərzində yeni elmi istiqamətlər üzrə görülən işlərin müzakirəsi aparılmış və sərt karantinlə bağlı Şəki REM-də tətbiq edilən məhdudlaşdırılmış iş rejimində elmi tədqiqatların yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, problemlər və həlli istiqamətində  görüləcək tədbirlər geniş müzakirə edilmişdir. Eyni zamanda Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Yusif Şükürlünün AMEA Rəyasət Heyətinin 4/3 saylı qərarının 5-ci bəndində qeyd olunan yarım bəndlərin icrası ilə bağlı məlumat dinlənilmiş və qəbul edilmişdir.

Yığıncaqda 2-ci məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli 12/4 saylı qərarının 2-ci bəndinə əsasən yenidən hazırlanmış Şəki REM-in Əsasnaməsi ilə bağlı elmi işlər üzrə direktor müavini F.Əzizov məlumat vermiş, əsasnamə müzakirə edilmiş, irad və təkliflər üzrə düzəlişlər edilərək Rəyasət Heyətinə göndərilməsi qərara alınmışdır.

Yığıncaq Şəki REM-in Folklor və el sənətləri şöbəsinin rəhbəri, Azərbaycan Universitetinin dissertantı Pakizə Əliyevanın dissertasiyası işinin vəziyyətinə dair məlumatı dinlənilmiş, Elmi Şura üzvləri tərəfindən dissertasiya işinin yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi qeyd olunmuş, dissertanta bəzi irad və təkliflər bildirilmiş və ona dissertasiya işini yekunlaşdıraraq müdafiə üçün təqdim etməsi tövsiyyə olunmuşdur.

Yığıncaqda cari məsələ kimi Şəki REM-də distant tədris mərkəzinin yaradılması sahəsində ortaya çıxan problemlər müzakirə edilmiş, əməkdaşlar tərəfindən çap edilməsi üçün hazırlanmış elmi məqalələrə dair məlumatlar dinlənilmiş və çap edilməsi üçün təqdim olunması qərara alınmışdır.

Yığıncaq karantin rejiminin tələblərinə uyğun olaraq sanitar epidemioloji tələblərə riayət etməklə təşkil olunmuşdur.