ŞREM-in əməkdaşları fındıq qabığından bioekstrakt əldə ediblər.
May 21, 2020 | 11:00

AMEA Şəki Regional Elmi Mərkəz alimlərinin yeni üsul ilə Fındıq qabığından aldıqları Bioekstrakt Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən ixtira kimi qiymətləndirilmiş və insanın həyati tələbatlarının təmin edilməsi üzrə ixtiraya patent verilməsinə dair qərar qəbul edilmişdir. İxtiranın müəllifləri AMEA Şəki REM –in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və “ Bitkilərin biokimyası” şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilovdur.
İxtira əczaçılıq, qida və yüngül sənaye sahələrinə, xüsusilə, tullantısız texnologiyaya əsaslanan fındıq qabığından alınmış, toz halında olan bioekstrakta aiddir.
Ixtiranın mahiyyəti ondadır ki bioloji aktiv mikro və makroelementlərlə zəngin, diurezi, urək – damar və qanazlığı xəstəlikləri və orqanizmin mikroelement balansının pozulmasına qarşı müalicə və profilaktiki vasitə kimi fındıq qabığından toz halında quru bioeksrtrakt təqdim edilib. Bununla bərabər, bioekstrat 34,50% həyatı vacib K, Na, Ca, Mg, Fe, Mn, Ni, Cu, Zn, Al ,Si ,P, S ,Ba, Sr, Ti mikro və makroelementlərini saxlayır.
Ekstraktların bioloji fəal maddələri tədqiq edilərək,müəyyən edilmişdir ki, tərkibində bioloji fəal maddələr 85,4 faiz olub ,aşkar edilmiş bioloji fəal maddələr arasında yüksək antioksidant, antikanserogen və antibakterial xassəyə malik fenol birləşmələri-2-metoksi fenol (C7H8O2), 2,3-dihidrobenzofuran (C8H8O), 2-metoksi-4-vinilfenol (C9H10O2), vanilin (C8H8O3), 2-metoksi-4-propil-fenol (C10H14O2), 4-((1E)-3-hidroksi-1-propenyl)-2-metoksifenol (C10H12O3), dibutilftalat (C16H22O4), 1-naftalenamin (C10H9N), 24-metil-5-xolesteron-ol (C28H48O), γ-sitesterol (C29H50O), stiqmast-4-en-3-one (C29H48O), 2,3-dihidro-3,5-dihidroksi-6-metil-4H-piran-4-one (C6H8O4), trans-4-Fluoro-4'-(metilltio) xalkon maddələri (C16H13FOS) üstünlük təşkil edirlər.
Təklif edilən üsul ilə alınmış bioekstraktın tərkibində insan üçün həyatı vacib makro -mikroeletmentlərin və yüksək müalicəvi təsirə malik bioloji fəal maddələrin olması imkan verir ki.bioekstraktdan bir çox xəstəliklərin müalicə və profilakrikasında effektiv vasitə kimi istifadə edilsin.Bioekstraktın tərkibində aromatik, dadverici və boya madələri olduğundan,ondan aromatizator,dadverici və qida əlavəedicisi kimi, həmçinin ipək,yun və pambıq saplarının boyanmasında istifadəsi mümkündür.
Tədqiqatın nəticələrinə əsasən 70 faizli etil spirti və adi sudan istifadə edilərək, ikipilləli ekstraksiya tətbiq etməklə.mineral elementlər və bioloji fəal maddələrlə, boyayıcı piqmentlər və aromatizatorlarla zəngin bioekstraktın alınması üçün optimal rejim müəyyən edilmişdir.
İxtiranın tətbiqi və patentin kommersiyalaşdırılması məqsədilə layihə hazırlanmış və AMEA Yüksək Texnologiyalar Parkına göndərilmişdir.