AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə hərs olunmuş tədbir keçirilmişdir
Fev 26, 2020 | 10:00

26 fevral 2020-ci il tarixdə AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilmişdir. İlk olaraq ŞREM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü “Giriş sözü” söyləmişdir. O,erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağılasığmaz vəhşiliklə həyata keçirilmiş Xocalı soyqırımı mahiyyətinin dünyaya bəyan olunması fikirlərini tədbir iştirakçilarının diqqətinə çatdırmışdır. Mərasimdə Xocalı soyqırımı dəhşətlərini əyaniləşdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə AMEA ŞREM-in baş elmi işçisi porf. Firədun İbrahimov, “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m. üzrə PhD H.Mustafabəyli, “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov, “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri b.ü.PhD Q. Bəkirov və başqaları çıxış edərək Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasını, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu diqqətə çatdırdılar.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.